Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ARGTMŞ növbəti məlumat turunu Mədəniyyət və Turizm Nazirliyində keçirib

09 Fevral 2017, 11:06 (GMT +4)

Bakı, 9 fevral, SalamNews. Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin inzibati binasında baş tutub.

SalamNews xəbər verir ki, Gənclər Təşkilatları Milli Şurası tərəfindən keçirilən məlumat turunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Turizm şöbəsinin müdiri Rauf Paşayev, Planlaşdırma və İnkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Turizm sənayəsi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov və Qeyri Hökümət Təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov və üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak edib. 

Tur zamanı iştirakçılar ilk öncə Nazirliyin iş strukturu, şöbələrlə tanış olublar. Daha sonra nazirliyin nümayəndələri tərəfindən təşkilat rəhbərlərinə turizmin inkişafı üçün Azərbaycan ərazisindəki əlverişli imkanlardan istifadə strategiyaları, bu potensialın necə artırılması, beynəlxalq təcrübələr kimi bir sıra mövzular haqqında məlumat verilib. Tur zamanı, həmçinin, iştirakçıları maraqlandıran bütün suallar cavablandırılıb. Tədbirin davamında, Turizm Nazirliyi və gənclər təşkilatları arasında əməkdaşlıq barədə imkanlardan danışılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən sahənin qanunvericilik bazası və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, regionlar üzrə milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla yeni turizm marşrutlarının təşviqi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması, turizm xidmətlərinin keyfiyyətinin artırılması və inkişafı ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”, “Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Dövlət Neft Shirkəti (SOCAR) və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məlumat turları təşkil olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ARGTMŞ gənclər təşkilatları üçün vebinarlar təşkil edir

ARGTMŞ-ın təşkilatçılığı ilə növbəti layihə baş tutub

ARGTMŞ “Könüllülər ili” ilə bağlı görüşlər keçirir

ARGTMŞ-ın sədr müavini Avropa Şurasının sessiyasında iştirak edib

ARGTMŞ tərəfindən müsabiqə nəticəsində hazırlanan posterlər beynəlxalq qurumlara göndərilib

ARGTMŞ-in növbəti məlumat turu Dövlət Neft Fondunda olub

Azərbaycanlıların soyqrımına dair ARGTMŞ-nın təşəbbüsü ilə həyata keçirilən onlayn fəaliyyətlər yekunlaşıb

ARGTMŞ 2017-ci ildə gənclərə işə innovativ yanaşmalar gətirəcək

ARGTMŞ nümayəndəsi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib

ARGTMŞ illik hesabat verəcək

ARGTMŞ Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

ARGTMŞ-nin üzv təşkilatlarının nümayəndələri beynəlxalq tədbirə qatılıb

ARGTMŞ Avropa Şurasının tədbirində təmsil olunub

ARGTMŞ-ın nümayəndə heyəti Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib

ARGTMŞ-ın təşəbbüsü ilə “ReTweet” kampaniyasına start verilib

ARGTMŞ-ın BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusu uzadılıb

ARGTMŞ daha bir gəncin Avropa Könüllülük Xidmətində iştirakına dəstək olub

ARGTMŞ-ın sədri beynəlxalq konfransda iştirak edib

ARGTMŞ-nin təşkil etdiyi AKX Yay məktəbinə start verilib

ARGTMŞ yenidən “Avropa Könüllülük Xidməti”nin akkreditasiyasını əldə edib

29 May 2020, 22:05 (GMT +4)
Deputat: Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir

29 May 2020, 18:14 (GMT +4)
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

29 May 2020, 17:55 (GMT +4)
Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

29 May 2020, 17:54 (GMT +4)
Azərbaycanda bəzi qadağalar qüvvədə qalacaq - Siyahı

29 May 2020, 17:50 (GMT +4)
Restoran, kafe və çay evlərində xidmət saatları artırılır

29 May 2020, 17:46 (GMT +4)
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib

29 May 2020, 17:15 (GMT +4)
Xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

29 May 2020, 17:10 (GMT +4)
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur

29 May 2020, 17:01 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

29 May 2020, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

29 May 2020, 16:50 (GMT +4)
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

29 May 2020, 16:40 (GMT +4)
Trampla Twitter-in qarşıdurması qızışıb – Prezidentin son paylaşımı məhdudlaşdırılıb

29 May 2020, 16:37 (GMT +4)
Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

29 May 2020, 16:30 (GMT +4)
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

29 May 2020, 16:25 (GMT +4)
Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlanıb

29 May 2020, 16:20 (GMT +4)
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb

29 May 2020, 16:08 (GMT +4)
Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

29 May 2020, 16:07 (GMT +4)
Azərbaycan dövlət sərhədinin bağlanması müddəti uzadılır

29 May 2020, 15:57 (GMT +4)
Kim Çen In Azərbaycan Prezidentini təbrik edib

29 May 2020, 15:40 (GMT +4)
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib (FOTO)

29 May 2020, 15:36 (GMT +4)
İradə İbrahimova: Ağac kəsənlər cəmiyyət qarşısında utansınlar

29 May 2020, 15:17 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı azalır, yoluxanlar sürətlə artır

29 May 2020, 15:15 (GMT +4)
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

29 May 2020, 15:01 (GMT +4)
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb

29 May 2020, 14:45 (GMT +4)
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini tutulub

29 May 2020, 14:30 (GMT +4)
Kolleclərə 47 734 nəfər sənəd verib

29 May 2020, 14:20 (GMT +4)
Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

29 May 2020, 14:01 (GMT +4)
ADU tələbə qəbulu elan edib

29 May 2020, 13:38 (GMT +4)
Tramp Minnesotada gərginliyin davam edəcəyi təqdirdə «iğtişaşçılar»a atəş açılacağını deyib  (VİDEO)

29 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66