Somali paytaxtındakı hotelə hücumun məsuliyyətini “əş-Şəbab” üzərinə götürüb25 Yanvar 2017, 12:17 (GMT +4) Bakı, 25 yanvar, SalamNews, C.Nəzərov. “Əş-Şəbab” terror qruplaşması Somalinin paytaxtı Moqadişoda hotelə hücumla bağlı məsuliyyəti üzərinə götürüb.
SalamNews-un xəbərinə görə, bu barədə yerli radio məlumat verib.
Xəbər verdiyimiz kimi, bu səhər Moqadişodakı “Dayah” hotelinin qapılarına minalanmış avtomobil çırpılıb. Birinci partlayışın ardınca daha biri baş verib və bundan sonra terrorçular içəriyə giriblər, atışma başlayıb.
Mümkün ölənlər və ya zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb.
|