Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Statistika Komitəsində 20 Yanvar faciəsinin 27-ci ildönümü anılıb

19 Yanvar 2017, 14:37 (GMT +4)

Bakı, 19 yanvar, SalamNews. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində 20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

SalamNews xəbər verir ki, anım mərasimində faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi terror aktı barədə ətraflı məlumat verib. Tariximizə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 27 il ötdüyünü deyən komitə sədri öz konstitusion hüquqlarının bərqərar edilməsini tələb edən, ölkəsinin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan dinc və silahsız əhalinin vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırıb.

Tahir Budaqov 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək hərbiçilərin dinc əhaliyə divan tutmasına qarşı kəskin münasibət bildirməklə xalqımıza başsağlığı verdiyini, sovet rəhbərliyinə qarşı açıq etirazını, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini xatırladıb, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsinin yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu vurğulayıb. Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlardan, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, eləcə də Azərbaycan həqiqətlərinin, o cümlədən bu qanlı hadisənin dünya ictimaiyyətinə çatdırılması sahəsində həyata keçirilən mühüm tədbirlərdən bəhs olunub.

Sonra çıxış edən Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Elbrus Quliyev, Xidmət statistikası şöbəsinin baş məsləhətçisi Pərvin Əbülfəsova, İnsan resursları və hüquq şöbəsinin aparıcı məsləhətçisi Flora Tağıyeva faciənin təkcə ölkə tarixində qanla yazılmış bir səhifə kimi deyil, həm də Azərbaycanın müstəqillik yolunda əldə etdiyi bir zəfər kimi anılmasından, terror hadisəsinin ümumxalq hüzn günü kimi əbədiləşdirilməsindən, bu qanlı hadisəyə ilk siyasi və hüquqi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin xüsusi rolundan danışıblar. Qeyd olunub ki, keçmiş sovet rejiminin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz dünya tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq.

Sonda 20 Yanvar faciəsinə həsr olunan video-çarx nümayiş olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İraqda İŞİD-ə qarşı zəfərin ildönümü qeyd edilir

AB Kaşıkçının qətlinin ildönümündə günahkarların mühakiməsinə çağırıb

Dağlıq Qarabağın Azərbaycanlı İcması Xocavəndin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Fələstinlilər “İntifada” hərəkatının 19-cu ildönümünü qeyd ediblər

Moskvada Cümə Məscidinin 115-ci ildönümü münasibətilə yubiley tədbirləri keçirilir

“Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü qeyd olunur

Dağlıq Qarabağın azərbaycanlı icması Qubadlının işğalının ildönümü ilə bağlı bəyanat yayıb

Aprel döyüşlərinin ildönümü ilə əlaqədar elmi seminar keçirilib (FOTOLAR)

Fələstin hərəkatları əl-Əqsa məscidinin yandırılması ildönümündə müsəlmanlara çağırış ediblər

Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümüdür (FOTO)

Lefkoşada Kipr Sülh Hərəkatının 45-ci ildönümü qeyd olunur

ANAMA-nın 21-ci ildönümüdür

Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü cəbhə bölgəsində qeyd olunub

Azərbaycan Ordusunda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü qeyd olunub

Bu gün Srebrenitsa qətliamının 24-cü ildönümüdür

Ayətullah Xomeyninin vəfatının ildönümü ilə bağlı İranda tədbirlərə start verilib

Ərdoğan İstanbulun fəthinin 566-cı ildönümündə xalqını təbrik edib

XİN Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

İqtisadiyyat Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib

Ümummilli liderin 96-cı ildönümü ilə əlaqədar 96 min ağac əkilib (FOTOLAR)

10 Dekabr 2019, 18:12 (GMT +4)
Gömrük Akademiyasında bank fəaliyyəti ilə bağlı seminar keçirilib

10 Dekabr 2019, 18:00 (GMT +4)
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb

10 Dekabr 2019, 17:47 (GMT +4)
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

10 Dekabr 2019, 17:43 (GMT +4)
Türkiyə Rusiya ilə bölgədə sülhü təmin edəcəyinə ümid edir - Ərdoğan

10 Dekabr 2019, 17:33 (GMT +4)
İranın Hörmuzqan əyalətində 9 aya 56 ton narkotik maddə ələ keçirilib

10 Dekabr 2019, 17:26 (GMT +4)
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

10 Dekabr 2019, 17:23 (GMT +4)
Lavrov Vaşinqtona işgüzar səfərə gedib

10 Dekabr 2019, 17:23 (GMT +4)
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

10 Dekabr 2019, 17:17 (GMT +4)
"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:09 (GMT +4)
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

10 Dekabr 2019, 16:51 (GMT +4)
Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

10 Dekabr 2019, 16:36 (GMT +4)
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

10 Dekabr 2019, 16:30 (GMT +4)
Qərb ölkələrinin tarixində soyqırıma dair çox sayda faktlar var - Ərdoğan

10 Dekabr 2019, 16:27 (GMT +4)
Bakıda “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

10 Dekabr 2019, 16:20 (GMT +4)
Putin: Lujkov parlaq və cəsarətli bir siyasətçi idi

10 Dekabr 2019, 16:15 (GMT +4)
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

10 Dekabr 2019, 16:05 (GMT +4)
Ceyhun Məmmədov: Regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik

10 Dekabr 2019, 16:00 (GMT +4)
“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi keçirilib

10 Dekabr 2019, 15:53 (GMT +4)
Parisdə yeni etiraz aksiyası dalğası gözlənilir

10 Dekabr 2019, 15:42 (GMT +4)
Keniyada milli parkdan qaçan aslan brakonyeri öldürüb

10 Dekabr 2019, 15:37 (GMT +4)
 “Qala Sığorta” növbəti dəfə iri həcmli ödəniş həyata keçirib

10 Dekabr 2019, 15:30 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın daha bir PUA-sını vurduqlarını elan ediblər

10 Dekabr 2019, 15:29 (GMT +4)
“Caspian European Club” “CEO Lunch Almaty” təşkil edib

10 Dekabr 2019, 15:26 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

10 Dekabr 2019, 15:25 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

10 Dekabr 2019, 15:20 (GMT +4)
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub 

10 Dekabr 2019, 15:16 (GMT +4)
KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

10 Dekabr 2019, 15:02 (GMT +4)
Çex Respublikasında xəstəxanaya hücum edən şəxs intihar edib 

10 Dekabr 2019, 14:47 (GMT +4)
İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

10 Dekabr 2019, 14:44 (GMT +4)
İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66