Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

19 Yanvar 2017, 14:16 (GMT +4)

Bakı, 19 yanvar, SalamNews. Kənd Təsərrüfatı Nazirliyi ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

SalamNews xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ölkəmizdə aqrar sahədə görülən işlərdən ətraflı söhbət açılıb.

Nazir Heydər Əsədov qonaqlara ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə görülmüş işlər, o cümlədən ən müasir kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi, Aqrar Universitetin yenidən qurulması və təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, laboratoriyaların yeni texnoloji avadanlıqlarla təmin olunması barədə məlumat verib.

Kənd təsərrüfatı naziri İslam İnkişaf Bankının Azərbaycan ilə uzunmüddətli əməkdaşlığını vurğulayaraq, müstəqilliyimizin ilk illərindən ölkəmizin İslam İnkişaf Bankının üzvü olduğunu və bankın reallaşdırdığı layihələrin respublikamızda iqtisadi islahatların həyata keçirilməsində müstəsna rolu olduğunu bildirib.

Nazir Heydər Əsədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan əsas hədəflər barədə məlumat verərək, kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələrdə təkrarlanmanın aradan qaldırılması və “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi”ndə prioritet sahələrə yönəldilmiş komponentlərə əlavə və dəyişikliklərin olunmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb.

Xüsusilə də layihə üzrə əldə edilmiş qənaət hesabına “Suvarma Sistemlərinin Təmir-bərpası İşləri” subkomponenti çərçivəsində su itkisinin azaldılmasının, su kanallarının uzunömürlülüyünün təmin edilməsi məqsədilə mövcud torpaq işlərinin beton işləri ilə əvəzlənməsinin, Yevlax rayonunda əlavə 4000 hektar əkin sahəsinin etibarlı su təminatının mövcud layihə çərçivəsində həyata keçirilməsi məsələsinə baxılmasının, toxumçuluğun inkişafı və bu sahənin yenidən qurulmasının, aqrar təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasının, elmi-tədqiqat müəssisələrində kadr hazırlığının əsas hədəflərdən biri olduğu diqqətə çatdırılıb, aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi və investisiya layihələrinin elmi əsaslarla hazırlanmasının məqsədəuyğunluğu qeyd edilib.

Sayed Ağa İslam İnkişaf Bankı ilə yaxından əməkdaşlıq etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qonaq qeyd edib ki, bankın fəaliyyəti çoxşaxəlidir və tərəfdaş ölkələrdə prioritet sahələrin inkişafına dəstək vermək əsas hədəflərdəndir. O, “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” çərçivəsində təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyərək, ehtiyacların və yeni istiqamətlərin yerli mütəxəssislərin iştirakı ilə müəyyənləşməsi məqsədilə bank tərəfindən texniki missiyanın göndərilməsinin məqsədəuyğun olduğunu bildirib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Ordusu ilə Oklahoma Ştatı Milli Qvardiyası arasında əməkdaşlıq müzakirə edilib

Blinken ÜST rəhbəri ilə COVID-19-un mənşəyinin öyrənilməsi mövzusunu müzakirə edib

Prezidentin köməkçisi: Azərbaycanda quru sərhədlərinin açılması müzakirə olunmur

bp yeni kəşfiyyat quyusu üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin açıq müzakirəsini keçirir

ABŞ və Əfqanıstan prezidentləri cari vəziyyəti müzakirə ediblər

Rusiya xarici işlər nazirinin müavini ilə ATƏT-in Minsk Qrupu həmsədrləri Qarabağı müzakirə edib

İraq Baş Naziri ABŞ hərbçilərinin ölkədən çıxarılmasını Bayden ilə müzakirə edəcək

Əkinçilik Elmi-Tədqiqat İnstitutu Şəkili fermerlərlə əməkdaşlıq edəcək

XİN: Suriya nüvə müzakirələrində İranı dəstəkləyir

İran və Rusiya bölgədə sabitliyin təmin edilməsi məsələsini müzakirə edib

AB Rusiyaya peyvəndlənmə sertifikatlarının qarşılıqlı tanınması imkanlarını müzakirə etməyi təklif edib

Rəsmi: Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ilə bağlı müzakirələr aparılır

Azərbaycan və Türkiyə Hərbi Hava qüvvələri arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib (VİDEO)

Azərbaycan və İran gömrükdə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Rusiya arasında səhiyyə sahəsində əməkdaşlıq sazişi imzalanıb

Putin və Bennet İkinci Dünya Müharibəsi ilə əlaqədar tarixi həqiqətlərin qorunmasını müzakirə edib

Azərbaycan və Qazaxıstan birgə layihələrin icrasını müzakirə edib

İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

"Azərkosmos" Çin şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

EBRD ilə milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı müzakirə edilib

29 İyul 2021, 16:27 (GMT +4)
"Qalatasaray" Çempionlar Liqası ilə vidalaşıb - (VİDEO)

29 İyul 2021, 16:25 (GMT +4)
Astarada narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

29 İyul 2021, 16:14 (GMT +4)
Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib

29 İyul 2021, 16:03 (GMT +4)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb

29 İyul 2021, 16:00 (GMT +4)
"Qarabağ" millimizin üzvünü transfer edib

29 İyul 2021, 15:52 (GMT +4)
Əfqanıstanın Nuristan əyalətində sel daşqınları azı 60 nəfərin ölümünə səbəb olub

29 İyul 2021, 15:44 (GMT +4)
Bu il övladlığa uşaq götürmək üçün daxil olan müraciətlərin sayı açıqlanıb

29 İyul 2021, 15:40 (GMT +4)
Çempionlar Liqasında ötən mövsümün ən yaxşı qolu müəyyənləşib - (VİDEO)

29 İyul 2021, 15:34 (GMT +4)
Kreml Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə münasibət bildirib

29 İyul 2021, 15:30 (GMT +4)
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub - VİDEO

29 İyul 2021, 15:20 (GMT +4)
Prezident Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təmirinə 600 min manat ayırıb

29 İyul 2021, 15:16 (GMT +4)
"Fənərbaxça" Niderland klubu ilə heç-heçə edib - (VİDEO)

29 İyul 2021, 15:10 (GMT +4)
Ağcabədidə tapılan yeni doğulmuş körpə ilə bağlı prokurorluq tərəfindən zəruri tədbirlər görülüb

29 İyul 2021, 15:00 (GMT +4)
Jurnalist Rafiq Hacıyev vəfat edib

29 İyul 2021, 14:57 (GMT +4)
Peskov: Azərbaycanla əlaqələrimizə dəyər veririk

29 İyul 2021, 14:53 (GMT +4)
UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

29 İyul 2021, 14:50 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 90 mini ötüb

29 İyul 2021, 14:40 (GMT +4)
Azərbaycan Ordusu ilə Oklahoma Ştatı Milli Qvardiyası arasında əməkdaşlıq müzakirə edilib

29 İyul 2021, 14:30 (GMT +4)
Azərbaycanlı gənc BP-nin “Xalis sıfır” təqaüdçüsü seçilib

29 İyul 2021, 14:27 (GMT +4)
Gürcüstanda 2 796 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

29 İyul 2021, 14:23 (GMT +4)
Konfrans Liqası: "Qarabağ", "Sumqayıt" və "Keşlə" cavab oyununa çıxır

29 İyul 2021, 14:20 (GMT +4)
Goranboyda narkotik yetişdirən şəxs saxlanılıb 

29 İyul 2021, 14:10 (GMT +4)
Erməni silahlı dəstəsinin üzvlərinin hər biri 6 il azadlıqdan məhrum edilib

29 İyul 2021, 13:58 (GMT +4)
Bərdədə karantin qaydalarının pozulduğu mərasimlər aşkarlanıb

29 İyul 2021, 13:48 (GMT +4)
Rusiya Talibanın hücumları fonunda Əfqanıstanla sərhədə Su-25 qırıcıları göndərib

29 İyul 2021, 13:41 (GMT +4)
Azərbaycanda fermerlərə 3290 texnika təhvil verilib

29 İyul 2021, 13:31 (GMT +4)
Bayden Obamanı Trampla səhv salıb

29 İyul 2021, 13:24 (GMT +4)
Xocalıda silah-sursat aşkarlanıb

29 İyul 2021, 13:11 (GMT +4)
Şeyxə hücum edən fitnəkarlar

29 İyul 2021, 13:09 (GMT +4)
Tokio-2020: Boksçumuz Məhəmməd Abdullayev mübarizəni dayandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66