Ukraynada Rusiyanın “Dojd” telekanalının yayımına qadağa qoyulub12 Yanvar 2017, 16:47 (GMT +4) Bakı, 12 yanvar, SalamNews, C.Nəzərov. Ukrayna Milli Televiziya və Radioyayım Şurası provayderlərin Rusiyanın “Dojd” televiziya kanalının yayımını dayandırmasına nail olub. Səbəb adıçəkilən kanalın redaksiyası tərəfindən Ukraynanın ərazi bütövlüyünün tanınmaması olub.
Bu barədə SalamNews “life.ru”ya istinadla xəbər verir.
Şura üzvü Sergey Kostinskinin sözlərinə əsasən, "2016-cı il ərzində müşahidə orqanı telekanal redaksiyası tərəfindən Ukrayna qanunvericiliyinin mütəmadi olaraq pozulması hallarını qeydə alıb": "Xüsusilə “Dojd” Rusiya reklamını yayımlayıb. Bundan əlavə, telekanal müxbirləri Krım ərazisinə qanunsuz səfər ediblər və yarımadada Ukrayna hökumətinin icazəsi olmadan peşəkar fəaliyyət həyata keçiriblər.
Bundan başqa, adıçəkilən telekanalın efirində Xerson vilayəti ilə Krım Muxtar Respublikası arasındakı inzibati sərhəd Ukrayna-Rusiya sərhədi kimi göstərilib."
Bildirək ki, 2016-cı il sentyabrın 1-nə olan vəziyyətə əsasən, Ukraynada 73 Rusiya telekanalının yayımına məhdudiyyət var. Onlar arasında təkcə ictimi-siyasi deyil, musiqi, idman, elm, kulinariya və hətta uşaq telekanalları da var.
|