Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Iteca Caspian” bu il 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil edib

30 Dekabr 2016, 09:41 (GMT +4)

Bakı, 30 dekabr, SalamNews. “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkəti birlikdə 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil ediblər.

Şirkətdən SalamNews-a bildirilib ki, cari ilin dekabr ayında Azərbaycanda növbəti sərgi və konfranslar mövsümü uğurla başa çatıb. Bu il ərzində Xəzəryanı regionun aparıcı sərgi şirkəti olan “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkəti birlikdə 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil ediblər. “Iteca Caspian” şirkətinin keçirdiyi bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Belə ki, ölkə başçısı İlham Əliyev bir sıra sərgiləri, onların arasında “AITF”, “WorldFood Azerbaijan”, “Caspian Oil and Gas” və “Bakutel” sərgilərini ziyarət edib və bir sıra sərgilərin iştirakçılarına salamlama məktubu ünvanlayıb. Həmçinin, bu sərgiləri Azərbaycanın nazirləri və sahənin nazirliklərinin başqa rəsmiləri ziyarət ediblər.

2016-ci ildə Bakı şəhəri öz danılmaz beynəlxalq nüfuzunu – regionun işgüzar mərkəzi olduğunu təsdiq etdi. Bu ilin sərgilərində dünyanın 60 ölkəsini təmsil edən 1454 iştirakçı-şirkət, habelə Azərbaycan və yaxın ölkələrdən 45 mindən çox ziyarətçi iştirak edib. Sevindirici haldır ki, ümumi ekspozisiya sahəsinin təxminən 40 faizini yerli şirkətlərin stendləri tutub.

Bu ildə keçirilən sərgiləri xarici ölkələrdən 70-dən çox yüksək rütbəli qonaqlar ziyarət ediblər - Böyük Britaniya Baş nazirinin Azərbaycanda ticarət məsələləri üzrə xüsusi nümayəndəsi xanım Baronessa Nikolson, ABŞ Dövlət Departamentinin enerji resursları bürosunun enerji diplomatiyası üzrə dövlət katibinin müavini xanım Robin Dunniqan, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jao, Belarusun səhiyyə nazirinin müavini - Valeriy Şevçuk, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Belarusun rabitə və informatizasiya naziri Sergey Popkov, Çinin sənaye və informasiya texnologiyalar nazirliyinin partiya komitəsinin üzvü, nazir müavini Jin Şubo, Ümumdünya Poçt İttifaqının baş direktoru Bişar Hüsseyn, Regional Rabitə Birliyinin baş direktoru Nurudin Muxitdinov, Qazaxıstanın informasiya və rabitə nazirinin müavini Alan Ajibayev, Moldovanın informasiya texnologiyaları və rabitə nazirinin müavini Vitalie Çolak, Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Zsolt Csutora, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibi Ramil Həsənov və başqaları.

Cari ildə layihələrin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların da rolu mühüm əhəmiyyət kəsb edib. Belə ki, bu il sponsorlar qismində SOCAR, BP, Qazax Sement Zavodu, “NB Group”, “Eurodesign”, Azerfon, “Bos Shelf”, “AZFEN J.V.”, “Azeri M-I Drilling”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “General Electric”, “Global Energy”, “GMA Petroleum”, “RusNeft”, “Tekfen Construction”, “Inpex”, “Caspian Geophysical”, “Dentons”, “Nobel Oil Upstream”, “McDermott”, SAP, Schlumberger, SNAM, Statoil, SOCAR Polymer, Petronas, “HMS”, Total, Caspian Energy, “Дом и интерьер” jurnalı yer alıblar. Bu il “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan sərgilərin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Premier Tour” (rəsmi turoperator) şirkətləri, Sheraton Hotel və Qafqaz Point Hotel mehmanxanaları (rəsmi otellər), habelə “AzExpoMontage” (rəsmi montajçı), Bakı Ekspo Mərkəzi və “Aqil və Bilqi” uşaq guşəsi yer alır.

Həmçinin, hər bir sərgini geniş işgüzar proqram müşayiət edib, müxtəlif seminar və təqdimatlar, habelə forumlar keçirilib. Sərgilər işgüzar görüş və danışıqlarla yanaşı, təşkilatçıların bütün sərgi iştirakçıları və ziyarətçiləri üçün hazırladıqları əlamətdar tədbirlərlə də yadda qalıb. Azərbaycanda “AITF” sərgisi multikulturalizm ilində əsl dünya mədəniyyətlərinin festivalı olub. Bolqarıstan, Çernoqoriya, Çex Respublikası, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Xorvatiya, İndoneziya, İran, İspaniya, Serbiya, Tailand, Türkiyə, Ukrayna və bu ilin debütantı Belarus Respublikası öz stendlərini parlaq, milli kolorit ilə təqdim etdilər. Regional stendlərlə Stavropol diyarı (Rusiya), Katatoniya (İspaniya) və Yurmala (Latviya) təqdim olunublar. Sərginin ən maraqlı tədbirlərdən biri Azərbaycan regionlarının miqyaslı iştirakı olub. Təşkilatçılar və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin “AITF” sərgisinin 15-ci yubileyinə həsr olunmuş birgə layihəsi əlavə tədbirlər proqramında əsas yeri tutub. Sərginin müddətində “İçəri Şəhər” ənənəvi incəsənət Mərkəzinin stendində 4 cür tətbiqi dekorativ incəsənət növləri – keramika, batik, zərgər işləri və ağac işləmələri təqdim olunub.

Hər ziyarətçi milli incəsənət əsərlərinin necə yaradıldığını seyr edə bilib. Nəqliyyat, Tranzit, Logistika “TransCaspian” Xəzər Beynəlxalq sərgisinin 15 illik yubileyi ilə əlaqədar olaraq may ayının 10-da Mərkəzi Nəbatat Bağında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib. “TransCaspian” sərgisinin iştirakçıları Mərkəzi Nəbatat Bağında istirahət guşəsini quraşdırıblar və bundan sonra şəhər sakinləri gəzinti zamanı bu köşklərdə dincələ biləcəklər. “TransCaspian 2016” sərgisinin birinci günündə daha bir möhtəşəm tədbir baş tutub və Azərbaycan Texniki Universiteti “Nəqliyyat və nəqliyyat mühəndisliyində idarəetmə” fakültəsinə ən yüksək balla qəbul olunmuş tələbə Zülfüqar Sadıxova xüsusi mükafat təqdim olunub. Beləliklə, sərginin təşkilatçısı “Iteca Caspian” şirkəti universitetlərə qəbulda fərqlənmiş tələbələrin həvəsləndirmə ənənəsini davam edir. “Iteca Caspian” sənətkar ustaların işinə də dəstək verir. Bakı Ekspo Mərkəzinin foyesində yerləşmiş, müxtəlif siniflərin, dövrlərin və ölkələrin gəmi, parovoz və təyyarələrinin modellərini sərgiləmiş Azərbaycanlı usta Rövşən Ansarinin işləri ziyarətçilər üçün gözlənilməz hədiyyə olub.

“Iteca Caspian” şirkəti milli sənət və bədii incəsənətə dəstək proqramını da davam etdirir. “Caspian Oil&Gas” sərgisi çərçivəsində qonaqlara Azərbaycanın milli qadın baş örtüyü kəlağayı nümayiş edilən stend və “Damla” xeyriyyə cəmiyyətinin rəsmləri təqdim edilib. 22–ci Azərbaycan Beynəlxalq Inşaat “BakuBuild” sərgisinin keçiriləcəyi tarixlərə Four Seasons otelində İngiltərə – Azərbaycan cəmiyyətinin təşkil etdiyi xeyriyyə şam yeməyi aid edilib. Ənənəvi olaraq, şam yeməyi ərzində hərrac təşkil olunub və hərracdan əldə edilən bütün pul vəsaitləri xeyriyyə məqsədləri üçün istifadə edilib.

İşgüzar görüş və danışıqlarla yanaşı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” Sərgi və Konfransının bütün iştirakçılar və ziyarətçiləri üçün informasiya texnologiyalarının istifadəsi ilə oyun zonası təşkil olunub. Ziyarətçilər xüsusi eynəklər geyərək, virtual reallıqda ola bildilər və unikal bir əşya 3D qələmindən istifadə edərək yaradıblar. Bundan başqa, məhz “Bakutel 2016” sərgisinin ziyarətçiləri Azərbaycanda ilk dəfə olaraq mini robotları idarə edərək robotların əsl döyüşündə iştirak etmək və “ağıllı robotla” ünsiyyət qurmaq imkanı əldə ediblər.

Sərgilər və bu sərgilər çərçivəsində təşkil olunan bütün tədbirlər yerli KİV və beynəlxalq informasiya agentliklər tərəfindən geniş şəkildə işıqlandırılıb. 300-dən çox KİV sərgilərə informasiya dəstəyi göstərib. Həmçinin, sərgilərin rəsmi “Daily News” qəzetinin 7 nömrəsi dərc edilib və hər bir sərgi ilə bağlı rəsmi kataloq nəşr olunub.

Həm eksponentlərin, həm də ziyarətçilərin rəyinə əsasən, sərgilər uğurla keçib. Təşkilatçıların il ərzində keçirdikləri rəy sorğusunun nəticələrinə görə, ziyarətçilərin 95 faizi 2016-cı ildə keçirilmiş sərgilərdə mühüm görüşlər keçirib və sərgilərin nəticələrindən razı qalıblar. Beləliklə, iştirakçı şirkətlər üçün yeni müştərilər və satış bazarlarının axtarışı, eləcə də satış coğrafiyasının genişlənilməsi baxımından sərgilərin səmərəli vasitə olduğu bir daha sübuta yetirilib. Təşkilatçıların hər sərgi üzrə orta hesabla 30 faizini təşkil edən “rebukinq” (növbəti il keçiriləcək sərgidə iştirak üçün yerlərin sifariş edilməsi) barədə məlumatları da bunu təsdiq edir.

“Iteca Caspian” şirkəti 2017-ci ildə 18 sərgi keçirilməsini planlaşdırır. İki sərgi – Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku” Sərgisi və Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securica Caspian” Sərgisi – 10 illik yubileyini qeyd edəcəklər.

“BakuBuild” sərgisinin 2017-ci ildə tətbiq ediləcək yeni adı - “WorldBuild Baku” olacaq. Azərbaycan Beynəlxalq İnşaat Sərgisi dünyada nəhəng inşaat sərgilərinin təşkilatçısı olan “ITE Build&Interiors” platformasının tərkib hissəsidir. Ad dəyişmə prosesi isə “ITE” şirkətlər qrupunun bütün dünyadakı inşaat sərgilərinin adlarının dəyişməsi ilə bağlıdır. Bu proses ziyarətçi və iştirakçılarda müvafiq təşkilatçılıq səviyyəsində olan, məsuliyyət, geniş miqyas, təqdim edilən məhsullar baxımından inşaat sərgiləri barədə vahid təsəvvürün formalaşdırılması ilə əlaqədardır. Beləliklə, sərgi və konfranslar demək olar ki, sərhədsiz imkanlar təklif edir, yeni texnologiyalar və kontaktlar, tərəfdaşlar və nəhayət ki, yeni investisiyalar axını vəd edirlər. 2017–cı ildə keçiriləcək bütün sərgilərin cədvəli ilə şirkətin rəsmi saytında www.iteca.az tanış olmaq mümkündür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Iteca Caspian” ilə “Сaspian Event Organisers” bu il 24 sərgi keçirməyi planlaşdırır

"İteca Caspian" ötən il 22 sərgi, 1 konfrans və 1 forum təşkil edib

KOBİA və İteca Caspian arasında memorandum imzalanıb

“Iteca Caspian” bu il 7 beynəlxalq sərgi keçirəcək

“Iteca Caspian” bu il Bakıda 16 sərgi və 1 konfrans keçirəcək

“Iteca Caspian” bu il 16 sərginin keçirilməsini planlaşdırır

“Iteca Caspian” 2015-ci ili uğurla başa vurub

"Iteca Caspian" şirkəti Təhsil nominasiyası üzrə mükafata layiq görülüb

23 Oktyabr 2019, 18:00 (GMT +4)
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

23 Oktyabr 2019, 17:58 (GMT +4)
Tramp: ABŞ və Türkiyə uğurla Suriyada təhlükəsizlik zonası yaratdılar

23 Oktyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda tikdiyi binadan dövlətə pay verənlərə vergi güzəşti ediləcək

23 Oktyabr 2019, 17:46 (GMT +4)
Prezident İlham Əliyev: Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin

23 Oktyabr 2019, 17:40 (GMT +4)
Dövlət Məşğulluq Xidməti bu il 1418 nəfəri peşə hazırlığına cəlb edib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Rusiya ilə Türkiyə arasında Suriya ilə bağlı razılaşmaların yerinə yetirilməsinə dair xəritə dərc edilib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Prezident: İndi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar (VİDEO)

23 Oktyabr 2019, 17:32 (GMT +4)
Daha beş gənc meşəçilik ixtisası üzrə xaricdə təhsil alacaq (FOTO)

23 Oktyabr 2019, 17:23 (GMT +4)
Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir

23 Oktyabr 2019, 17:15 (GMT +4)
Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

23 Oktyabr 2019, 17:08 (GMT +4)
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

23 Oktyabr 2019, 17:05 (GMT +4)
Moskva YPG/PKK terrorçularına xəbərdarlıq edib

23 Oktyabr 2019, 17:00 (GMT +4)
Akif Əli Zadə “Əmək” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:55 (GMT +4)
Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

23 Oktyabr 2019, 16:46 (GMT +4)
Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib (FOTOLAR)

23 Oktyabr 2019, 16:41 (GMT +4)
“Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı olub

23 Oktyabr 2019, 16:37 (GMT +4)
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq

23 Oktyabr 2019, 16:30 (GMT +4)
Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul edib

23 Oktyabr 2019, 16:24 (GMT +4)
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib

23 Oktyabr 2019, 16:15 (GMT +4)
Ramiz Mehdiyev vəzifəsindən azad edilib

23 Oktyabr 2019, 16:07 (GMT +4)
Suriya Ordusu kürdlərin çıxdığı sərhəd zolağında 15 nəzarət məntəqəsi və postu inşa edəcək

23 Oktyabr 2019, 16:06 (GMT +4)
MİDA oktyabrın 16-da keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

23 Oktyabr 2019, 16:02 (GMT +4)
Rusiya XİN Suriyadakı neft yataqlarının Dəməşqin nəzarətinə qaytarılmasına çağırıb

23 Oktyabr 2019, 16:00 (GMT +4)
Vüsal Hüseynov CEO Lunch Baku-nun fəxri qonağı olub

23 Oktyabr 2019, 15:54 (GMT +4)
UFAZ tələbələri NASA Space Apps Azerbaijan 2019 hakatonunun qalibi olub

23 Oktyabr 2019, 15:52 (GMT +4)
2020-ci ildən elektron vergi hesab-fakturası ləğv olunur

23 Oktyabr 2019, 15:30 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatların dayandırıldığını açıqlayıb

23 Oktyabr 2019, 15:19 (GMT +4)
Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

23 Oktyabr 2019, 15:12 (GMT +4)
ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66