Filippin prezidenti korrupsiyaçıları vertolyotdan atmağa söz verib29 Dekabr 2016, 13:01 (GMT +4) Bakı, 29 dekabr, SalamNews, C.Nəzərov. Filippin prezidenti Rodriqo Duterte korrupsiyaçıları vertolyotdan atmaq niyyətini elan edib: “Əgər sən korrupsiyaçısansa, səni vertolyota oturdacağam və Manilaya gedən yolda atacağam.”
Bu barədə SalamNews RT-yə istinadla xəbər verir.
Filippin rəhbərinin sözlərinə əsasən, o, valideynləri pulu ödədikdən sonra qurbanına zorakılıq tətbiq edən insan oğruları ilə bağlı artıq belə edib: “Mən bunu əvvəl etmişəm, niyə də yenidən etməyim?”
|