Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Akif Əlizadə: Azərbaycanda Dövlət Fizika Universiteti yaradıla bilər

21 Dekabr 2016, 12:55 (GMT +4)

Bakı, 21 dekabr, SalamNews, A.İsgəndərova. "Bəzən tədqiqat universiteti ilə akademik universitet eyni hesab edilsə də, onların fəaliyyətləri fərqlidir. Çünki tədqiqat universiteti elmi-tədqiqat sahəsinə önəm verən xüsusi qurum, akademik universitet isə akademik mühitə inteqrasiya olunmuş elmi təhsil müəssisəsidir".

SalamNews xəbər verir ki, bu fikirləri Azərbaycanda Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, AMEA-nın elmi mühiti ilə tam əhatə olunmuş akademik universitetin yaradılması mühüm məsələdir: "Ona görə də AMEA və Təhsil Nazirliyinin birgə qərarı ilə elmi-tədqiqat institutlarının yaradılmasını da təklif edirəm. Məsələn, gələcəkdə AMEA Fizika İnstitutunun bazasında dövlət akkreditasiyası ala bilən Dövlət Fizika Universiteti yaradıla bilər. Bu universitet Azərbaycanda fizika elminin nailiyyətləri, uğurları sahəsində işlər görə bilər".

"Bakı Dövlət Universitetinin Elmi Şurası və AMEA Rəyasət Heyətinin qərarı ilə Riyaziyyat İnstitutu, ətraf mühitin aerokosmik məsələlərini müzakirə etmək üçün Azərkosmok birgə elmi mərkəzinin yaradılması nəzərdən keçirilə bilər. Konkret sahələr üzrə birgə fəaliyyətin yaradılmasına nail ola bilsək, müxtəlif sahələr üzrə inkişaf əldə olunar. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat fənləri üzrə müəllimlərin təkmilləşdirilməsi kurslarının təşkili faydalı ola bilər. Bəzi akademik institutlarda elmi tədris mərkəzlərinin yaradılması mümkündür”, - deyə Akif Əlizadə əlavə edib.

O qeyd edib ki, bəzi hallarda magistraturada dərslər bakalavrın genişləndirilmiş formasında tədris olunur: "Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilməlidir. Yüksək texnologiyalarla bağlı ən yeni biliklərin tələbələrə tədris olunması üçün yeni effektiv mexanizmlər işlənib hazırlanmalıdır. Akademiyanın bu sahədə böyük elmi potensialı var. Yüksək texnologiyalar, nano, bio, info, nüvə texnologiyaları ilə bağlı araşdırma aparan akademik qurumların qapıları ali təhsil müəssisələrin müəllimləri ilə yanaşı, tələbələrin də üzünə açıqdır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil naziri Salyanda vətəndaşları qəbul edib

Nazir müavini: Ölkəmizdə media təhsili üçün maneə yoxdur

Bakı Ali Neft Məktəbinin yeddi tələbəsi İspaniyada təhsil alacaq

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

AMEA-da Əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüş keçirilib

AQTA 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib

Qulu Novruzov: “Könüllü gömrükçü” dəstələrinə Akademiyanın 60-dan çox tələbəsi cəlb olunub

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə ötən ay 33 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində rəhbər vəzifələrə təyinatlar olub

İdman Akademiyasında "ComplexCore+" təlimi keçirilib

Yeni Peşə Təhsil Mərkəzi və “Sumqayıt Texnologiya Data Mərkəzi” arasında memorandumu imzalanıb

Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Yeni Peşə Təhsil Mərkəzində təlimlər təşkil ediləcək

AMEA-da yeni kadr təyinatları olub

Gömrük Akademiyasında imtahan sessiyası başlayıb

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir (FOTOLAR)

Bu il Bakı məktəblərində fəaliyyət göstərən 288 nəfər təhsil işçisi təltif edilib

Xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti uzadılıb

AMEA Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib (SİYAHI)

AMEA-nın Ümumi yığıncağı keçiriləcək

23 Yanvar 2020, 15:49 (GMT +4)
Füzulidə məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb

23 Yanvar 2020, 15:43 (GMT +4)
Türkiyə Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır

23 Yanvar 2020, 15:30 (GMT +4)
Doktoranturaya və dissertanturaya xarici dil üzrə imtahan verəcək namizədlərin sayı açıqlanıb

23 Yanvar 2020, 15:20 (GMT +4)
Pompeo Rusiya və Kubanı tənqid edib

23 Yanvar 2020, 15:12 (GMT +4)
“Mastercard” yeni platforma yaradıb

23 Yanvar 2020, 15:08 (GMT +4)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsində görüş keçirilib

23 Yanvar 2020, 15:06 (GMT +4)
Suriyada partlayış nəticəsində bir neçə türk əsgəri həlak olub və yaralanıb

23 Yanvar 2020, 14:54 (GMT +4)
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq

23 Yanvar 2020, 14:48 (GMT +4)
BDU-da imtahanlara ictimai baxış keçirilib

23 Yanvar 2020, 14:46 (GMT +4)
Çində yeni koronavirusa yoluxanların sayı 610-u keçib

23 Yanvar 2020, 14:32 (GMT +4)
Təhsil naziri Salyanda vətəndaşları qəbul edib

23 Yanvar 2020, 14:06 (GMT +4)
El Mundo: İspaniyada fırtına nəticəsində on nəfər ölüb

23 Yanvar 2020, 14:02 (GMT +4)
Səudiyyə Yəmənin Nəhim bölgəsinə şiddətli hava zərbələri endirib, ölənlər var

23 Yanvar 2020, 13:50 (GMT +4)
Şəhid Cavanşir İbrahimovun təltif olunduğu medal oğluna təqdim edilib

23 Yanvar 2020, 13:43 (GMT +4)
Davosda AÇQ yataqlar blokunun işlənilməsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb

23 Yanvar 2020, 13:32 (GMT +4)
KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb

23 Yanvar 2020, 13:23 (GMT +4)
Sabah Bakıda sulu qar yağacaq, temperatur 0 dərəcəyə düşəcək

23 Yanvar 2020, 13:20 (GMT +4)
Rusiyalı Balidə hovuzda ölü tapılıb

23 Yanvar 2020, 13:11 (GMT +4)
Aqrar Xidmətlər Agentliyi hüquqi və fiziki şəxslərə müraciət edib

23 Yanvar 2020, 13:08 (GMT +4)
İdlibdə radikal qruplaşmaların hücumunda ölən suriyalı əsgərlərin sayı 40-ı keçib

23 Yanvar 2020, 13:03 (GMT +4)
Ali Məhkəmədə MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüş olub

23 Yanvar 2020, 12:52 (GMT +4)
Rusiya və İsrail övladlığa götürülmə ilə bağlı müqavilə imzalayıblar

23 Yanvar 2020, 12:42 (GMT +4)
Ötən il Energetika Nazirliyində inzibati xətalarla bağlı 686 işə baxılıb

23 Yanvar 2020, 12:23 (GMT +4)
İranın qapıları danışıq aparmaq istəyən bütün ərəb qonşulara açıqdır – Cavad Zərif

23 Yanvar 2020, 12:19 (GMT +4)
Prezident İlham Əliyevin Davosda İsveçrə Prezidenti ilə görüşü olub

23 Yanvar 2020, 12:05 (GMT +4)
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mixail Qusmanı təbrik edib

23 Yanvar 2020, 12:04 (GMT +4)
Pompeo Ukraynanı ABŞ-ın ən böyük ticarət tərəfdaşı adlandırıb

23 Yanvar 2020, 11:37 (GMT +4)
Prezident: Biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq

23 Yanvar 2020, 11:34 (GMT +4)
Putin İsrailə və Fələstinə rəsmi səfərə yollanıb (VİDEO)

23 Yanvar 2020, 11:31 (GMT +4)
Ağcabədi gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66