Sankt-Peterburqda gürcü şair Şota Rustaveliyə heykəl ucaldılıb17 Dekabr 2016, 12:32 (GMT +4) Bakı, 17 dekabr, SalamNews, Ş.Nəzərli. Rusiyanın Sankt-Peterburq şəhərində gürcü şair, məşhur “Pələng dərisi geymiş pəhləvan” poemasının müəllifi Şota Rustaveliyə heykəl ucaldılıb.
SalamNews Rusiyanın mədəniyyət saytlarına istinadla xəbər verir ki, monumental abidənin müəllifi Zurab Sereteli Ş.Rustavelinin əlində qiymətli poemasını tutmuş halda, tam boyunda obrazını yaradıb.
Heykəltəraş Gürcüstan tarixinin “qızıl dövrü” olan XII əsrin ab-havasını əks etdirməyə səy göstərib.
Bildirək ki, Sankt-Peterburqda Şota Rustavelinin adı iki dəfə əbədiləşdirilib: Z.Seretelinin hazırladığı abidə 50 il əvvəl gürcü şairinin adı verilmiş küçədə ucaldılıb.
|