Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Görkəmli bəstəkar Arif Məlikovun “Not əsərlərinin tam külliyyatı”nın təqdimat mərasimi keçirilib

17 Dekabr 2016, 11:07 (GMT +4)

Bakı, 17 dekabr, SalamNews. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, AMEA-nın həqiqi üzvi, professor Arif Məlikovun “Not əsərlərinin tam külliyyatı”nın təqdimat mərasimi keçirilib.

SalamNews xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib. Əvvəlcə qonaqlar filarmoniyanın foyesində Arif Məlikovun kitablarından ibarət sərgisi ilə tanış olublar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Arif Məlikovun yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən danışıb. Bildirilib ki, onun balet, simfoniya, oratoriya və digər janrlarda yazdığı əsərlər bu gün sevilə-sevilə dinlənilir. Arif Məlikovun bəstələrinin dünyanın bir sıra ölkələrində səsləndiyini deyən nazir onu zəngin yaradıcılığa malik bəstəkar kimi xarakterizə edib.

Qeyd olunub ki, A.Məlikovun “Məhəbbət əfsanəsi” baleti dünyanın yetmiş teatrının səhnəsində tamaşaya qoyularaq müəllifinə böyük tamaşaçı auditoriyası qazandırıb. Nazir bəstəkarın yaradıcılığının hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini və onun sənətinə xüsusi münasibət göstərildiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, bəstəkarın bu gün təqdimatı keçirilən 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” dövlətimizin başçısının dəstəyi sayəsində ərsəyə gəlib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək görkəmli bəstəkarın yaradıcılığının zənginliyindən söz açıb. Qeyd olunub ki, Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluğu ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.

Bəstəkarın nota aldığı hər əsərinin özündə yüksək məharət ehtiva etdiyini deyən A.Əlizadə söyləyib ki, görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri – “Məhəbbət əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırıb. Vurğulanıb ki, Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə yanaşı, müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.

Bəstəkarın əsərlərinin dünyanın 80-dən çox ölkəsində ifa olduğunu bildirən akademik vurğulayıb ki, bundan sonra onun əsərlərinin səslənəcəyi ölkələrin coğrafiyası daha da genişlənəcək. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Dövlət Xor Kapellasının ifasında Arif Məlikovun “Vətən” vokal-simfonik poeması və “Təzadlar” adlı 6-cı simfoniyası səsləndirilib. Orkestri Xalq Artisti Rauf Abdullayev idarə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Prezidenti TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində iştirak edir (CANLI)

Slovakiyanın Azərbaycandakı səfirliyinin açılış mərasimi olub

Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

"StartupFest 2019”un açılış mərasimi keçirilib

Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib

Hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçiriləcək

“Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib

"SƏLIS"in təqdimat mərasimi keçirilib

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində iştirak edib

“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib

Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

Alpaqut üzrə Azərbaycan kubokunun açılış mərasimi olub

Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

Hindistanda kişi dəfn mərasimində ayılıb 

Görkəmli şərqşünas alimin xatirəsi yad edilib

Birinci vitse-prezident Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib

Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir

Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək

"İndi hünər meydanıdır" adlı kitabın təqdimat mərasimi keçirilib

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66