Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Sədr Tahir Budaqov Banqkokda mühüm tədbirlərdə iştirak edib

16 Dekabr 2016, 11:56 (GMT +4)

Bakı, 16 dekabr, SalamNews. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Banqkokda BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının Statistika Komitəsinin 5-ci sessiyasında və digər mühüm tədbirlərdə iştirak edib.

Komitədən SalamNews-a verilən məlumata görə, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Tailand Krallığının paytaxtı Banqkok şəhərində səfərdə olub.

Səfər zamanı Komitə sədri Tahir Budaqov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Statistika Komitəsinin 5-ci, BMT-nin Asiya və Sakit okean üzrə Statistika İnstitutunun Rəhbər Şurasının 12-ci sessiyalarında, Avropa Statistika Bürosu (Avrostat) və UNESCAP tərəfindən birgə təşkil edilən “Dayanıqlı inkişaf göstəricilərinin tələblərinə cavab vermək üçün statistika sistemlərinin gücləndirilməsi” seminarında iştirak edib.

Tədbirlərdə regional statistikanın inkişafı, milli prioritetlərin dəstəklənməsi üçün regional əməkdaşlıq və qlobal statistik təşəbbüslər, 2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəlik üzrə rəsmi statistikanın təkmilləşdirilməsi və digər məsələlər müzakirə edilib. 5-ci sessiyada çıxış edən Komitə sədri Tahir Budaqov 2015-ci ilin sentyabr ayında BMT Baş Assembleyası tərəfindən qəbul edilmiş və Azərbaycanın da qoşulduğu “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” qətnaməsinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin oktyabr ayında imzaladığı müvafiq Fərmanla Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını bildirib.

Qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün qlobal hədəflər əsasında müəyyən ediləcək milli prioritetlərə dair yeni göstəricilər üzrə statistik məlumatların toplanmasını təmin etmək məqsədilə Azərbaycanda zəruri tədbirlər həyata keçirilir. Dövlət Statistika Komitəsində 2016-cı  ilin yanvar ayının 1-dən Dayanıqlı inkişaf statistikası şöbəsi kimi yeni  struktur bölmənin yaradıldığını sessiya iştirakçılarının diqqətinə çatdıran Tahir Budaqov vurğulayıb ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə 230 qlobal göstəricidən hazırda 70-i üzrə məlumatlar və onların metodologiyaları mövcuddur.

Digər göstəricilər üzrə də məlumatların əldə edilməsinin vacibliyini qeyd edən Komitə sədri hazırlanmaqda olan “2018-2022-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” layihəsində bu məqsədlə müvafiq tədbirlərin nəzərdə tutulduğunu, eyni zamanda bir sıra sualların 2019-cu ildə keçiriləcək əhalinin siyahıyaalınmasında tətbiq ediləcək siyahıyaalma vərəqinə daxil edilməsinin planlaşdırıldığını bildirib. Bununla yanaşı, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətlərinin, elmi dairələr və özəl sektorun da statistika potensialının artırılmasına töhfə vermələrinin vacibliyini diqqətə çatdırıb. “Dayanıqlı inkişaf göstəricilərinin tələblərinə cavab vermək üçün statistika sistemlərinin gücləndirilməsi” mövzusunda seminarda Komitə sədri Avrostat, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən Azərbaycan milli statistika sisteminin qlobal qiymətləndirilməsi barədə təqdimatla çıxış edib.

O, milli statistika sisteminin qiymətləndirilməsində Dövlət Statistika Komitəsinin əldə etdiyi təcrübəni tədbir iştirakçıları ilə bölüşərək qlobal qiymətləndirmələrin məqsədi, əsas hədəfləri və prinsipləri, mərhələləri, eləcə də Dövlət Statistika Komitəsində keçirilmiş digər qiymətləndirmə missiyaları, bu missiyalardan sonra görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, statistika sisteminin qlobal qiymətləndirilməsi rəsmi statistika sisteminin inkişaf səviyyəsi ilə bağlı daha dəqiq məlumatların əldə edilməsinə və sistemin inkişafı üçün uzunmüddətli planlaşdırmada milli statistika orqanlarına yaxından köməklik edir.

Bu baxımdan milli statistika sistemində baş verən institusional dəyişikliklər, beynəlxalq standartlara uyğun olaraq rəsmi statistik məlumatların istehsalı və yayılması, keyfiyyət aspektləri və spesifik ehtiyacların qiymətləndirilməsi, strateji planlaşdırma üçün qlobal qiymətləndirmə əsas alətlərdən biri hesab olunur.Səfər çərçivəsində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının Statistika Komitəsinin məsul şəxsləri və bir sıra ölkələrin milli statistika orqanlarının rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar barədə məlumat verilib, son dövrdə milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək planlar haqqında müzakirələr aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

YAP Gənclər Birliyinin sədri Prezidentin təşəbbüsünə qoşulub

Milli Məclis sədri koronavirusla bağlı sərəncam imzalayıb

"Palmali" Holdinqin İdarə Heyətinin sədri Mübariz Mənsimov həbs edilib

AŞPA-nın prezidenti Milli Məclisin Sədrini təbrik edib

Dövlət Komitəsinin sədri və müavinləri bölgələrdə məcburi köçkünləri qəbul edib

Bаhar Muradova Dövlət Komitəsinin sədri təyin edilib

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vətəndaşlarla görüşüb

Sədr Trampın koronavirusla bağlı yardım təklifinə münasibət bildirib: Virus özünsən

AMB sədri manatın məzənnəsi ilə bağlı açıqlama verib

Milli Məclisin komitə sədrləri seçilib

Milli Məclisin sədri seçilib (DOSYE)

Milli Məclisin sədri və sədrin birinci müavini vəzifələrinə namizədləri müəyyən edilib

İranda tanınmış partiya sədri və deputat koronavirusdan həyatını itirib

Telman Əliyev Caspian European Club-un yeni sədri seçilib

Məhkəmə AİP sədr əvəzi barədə 4 aylıq həbs qərarı çıxarıb  

İran Parlamentinin Milli təhlükəsizlik komissiyasının sədri də koronavirusa yoluxub

Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

DGK sədrinin sərəncamı ilə gömrük postlarına əlavə həkim briqadası cəlb edilib

Naxçıvan Ali Məclisinə sədr seçilib

Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

05 Aprel 2020, 19:37 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan daha 2 nəfər vəfat edib

05 Aprel 2020, 18:14 (GMT +4)
Deputat: Xəstələrlə ünsiyyətdə olan insanlar üçün sığorta mexanizmi tətbiq olunmalıdır

05 Aprel 2020, 17:21 (GMT +4)
Azərbaycanda yarım milyona yaxın insan evdən çıxmaq üçün SMS göndərib

05 Aprel 2020, 15:31 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 584-ə çatıb

05 Aprel 2020, 15:24 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 63 nəfərdə koronavirus aşkarlanıb

05 Aprel 2020, 15:15 (GMT +4)
Elvin Abbasov: İT şirkətlərinin əməkdaşlarına hərəkət məhdudiyyəti qoyulmamalıdır

05 Aprel 2020, 14:30 (GMT +4)
“Ailə TV” karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib

04 Aprel 2020, 22:54 (GMT +4)
Taksi sürücülərinin fəaliyyətinə hansı halda icazə veriləcəyi məlum olub

04 Aprel 2020, 22:30 (GMT +4)
İndiyədək Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib

04 Aprel 2020, 18:48 (GMT +4)
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye

04 Aprel 2020, 17:30 (GMT +4)
SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı yeni rolik hazırlanıb

04 Aprel 2020, 17:10 (GMT +4)
İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib

04 Aprel 2020, 17:04 (GMT +4)
KİVDF-yə yeni İcraçı direktor təyin edilib

04 Aprel 2020, 17:00 (GMT +4)
DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

04 Aprel 2020, 16:59 (GMT +4)
Vüqar Səfərli vəzifəsindən azad edilib

04 Aprel 2020, 16:57 (GMT +4)
Şotlandiyada COVID-19-a yoluxmadan qocalar evində 13 nəfər ölüb

04 Aprel 2020, 16:45 (GMT +4)
Bölgələr üzrə avtobuslarda sərnişin sıxlığının azaldığı və artdığı ərazilər açıqlanıb

04 Aprel 2020, 16:27 (GMT +4)
Küveytdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

04 Aprel 2020, 16:22 (GMT +4)
İraqda hökuməti formalaşdıracaq siyasətçi parlamentin taleyüklü qərarını gözləyir

04 Aprel 2020, 16:10 (GMT +4)
Hərbi jurnalist Şəmistan Əlizamanlı ilə Aprel döyüşləri xatırlanacaq

04 Aprel 2020, 15:58 (GMT +4)
Tramp COVID-19 xəstəsi ilə mümkün təmasın onun üçün əhəmiyyətli olmadığını bildirib

04 Aprel 2020, 15:41 (GMT +4)
Nazirlik: Bakı-Sumqayıt yolundan köçürülən ağacların inkişafına nəzarət olunur

04 Aprel 2020, 15:31 (GMT +4)
İspaniyada gün ərzində COVID-19-a 7000 yoluxma hadisəsi qeydə alınıb

04 Aprel 2020, 15:20 (GMT +4)
Səudiyyə Yəmən ərazisinə 15 aviazərbə endirib, bir ailənin 4 üzvü həlak olub

04 Aprel 2020, 15:10 (GMT +4)
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər

04 Aprel 2020, 14:58 (GMT +4)
Maduro ölkəni qorumaq üçün artilleriyanı səfərbər etməyi əmr edib

04 Aprel 2020, 14:48 (GMT +4)
Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxub

04 Aprel 2020, 14:30 (GMT +4)
AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

04 Aprel 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxan 55 min xəstədən 19 mini sağalıb

04 Aprel 2020, 14:07 (GMT +4)
Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə dəstək 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66