Putin Rusiyada neft hasilatının ixtisarı barədə qərar qəbul edib - Peskov07 Dekabr 2016, 15:03 (GMT +4) Bakı, 7 dekabr, SalamNews, C.Nəzərov. "Rusiya tərəfindən neft hasilatının ixtisarı barədə qərar şəxsən Vladimir Putin tərəfindən neft şirkətləri ilə konsensus əsasında qəbul edilib."
SalamNews-un RBK-ya istinadla verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, hasilat həcminin ixtisarına görə şirkətlərə təzminat ödənilməsi barədə məsələnin müzakirə edilmədiyini söyləyib: "Neftin qiymətinin 5 dollar bahalaşması ölkə büdcəsinə və şirkətlərin özlərinə əlavə gəlir gətirir."
|