Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında birgə İş Planı imzalanıb

30 Noyabr 2016, 16:53 (GMT +4)

Bakı, 30 noyabr, SalamNews. Noyabrın 30-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “2016-2017-ci illəri əhatə edən dövr üçün sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsi” ilə bağlı birgə İş Planının imzalanması mərasimi keçirilib. 

SalamNews xəbər verir ki, Tahir Budaqov mərasim iştirakçılarını salamlayaraq, Dövlət Statistika Komitəsinin dünyanın 30-a yaxın beynəlxalq təşkilat, o cümlədən BMT-nin struktur bölmələri olan UNDP (BMT-nin İnkişaf Proqramı), UNFPA (BMT-nin Əhali Fondu), YUNESKO, Dünya Bankı kimi digər qurumlarla qarşılıqlı əməkdaşlıq etdiyini qeyd edib, UNİCEF-in ölkəmizdə 1993-cü ildən fəaliyyətə başladığını xatırladıb.

Bildirib ki, Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında statistikanın müxtəlif sahələri üzrə əlaqələr mövcuddur, Komitə nümayəndələri UNİCEF-in təşkilatçılığı ilə keçirilən tədbir, seminar və konfranslarda fəal iştirak edirlər. “2016-2017-ci illəri əhatə edən dövr üçün sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsi” ilə bağlı birgə iş planı “Azərbaycan Höküməti ilə UNİCEF arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı” çərçivəsində hazırlanıb. 

Qeyd olunub ki, Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində uğurlu layihələr icra olunur. Cari ilin 12-16 sentyabr tarixlərində Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin (xarici audit) ilkin mərhələsi keçirilib. 
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin Dövlət Statistika Komitəsi əməkdaşları ilə birgə hazırlanan İş Planının əhəmiyyətini diqqətə çatdırıb. Layihədə Davamlı İnkişaf Məqsədlərinin, BMT-Tərəfdaşlıq Çərçivəsinin və Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyasının müvafiq göstəricilərinin daha yaxşı monitorinqi üçün cins, yaş, sosial-iqtisadi durum, əlillik və coğrafi yerləşməsinə görə bölünən həssas qrupdan olan uşaq və yeniyetmələrlə bağlı məlumatların hazırlanmasına xüsusi diqqət yetirilib. 

Sonra “2016-2017-ci illəri əhatə edən dövr üçün sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsi” ilə bağlı birgə iş planının imzalanması mərasimi keçirilib. İş Planını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin imzalayıblar. 
Bildirilib ki, İş Planının həyata keçirilməsi sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsinə kömək edəcək. Əldə olunan nəticələr bu sahədə sosial siyasətin istiqamətlərini müəyyənləşdirməkdə dəstək verəcək. Qeyd olunub ki, qlobal səviyyədə aparılan fəaliyyətlər kontekstində iş planında əks olun göstəricilər Azərbaycan statistikasının beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində Dövlət Statistika Komitəsinin həyata keçirdiyi tədbirlərin məntiqi davamıdır.
Tədbirdə qarşılıqlı maraq doğuran suallar da cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Tibb Universitetində UNICEF məsləhətçiləri ilə görüş keçirilib

AQTA-da UNİCEF-in Səhiyyə üzrə Regional müşaviri ilə görüş keçirilib

UNICEF “Vaxtdır” şüarı altında sosial aksiyaya start verib

UNICEF: Azərbaycanda məktəbəqədər təhsil sahəsində müsbət irəliləyişlər müşahidə olunur

Milli Paralimpiya Komitəsi və UNICEF arasında anlaşma memorandum imzalanıb

UNICEF: 2018 suriyalı uşaqlar üçün ən qanlı il oldu

ƏƏSMN: Sosial sahədə UNİCEF-lə əməkdaşlıq genişləndiriləcək

Tahir Budaqov UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Agentliyi UNICEF-lə anlaşma memorandumu imzalayıb

Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xüsusi poçt markası nəşr edilib

Təhsil Nazirliyi, UNICEF və IDEA tərəfindən şagirdlər üçün layihə həyata keçirilir

İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cu il üzrə İş Planı təsdiq olunub

Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib

Yəməndəki azı 2.2 milyon uşaq aclıqdan əziyyət çəkir -UNICEF

Müharibəyə görə 16 milyon yəmənli içməli sudan məhrumdur - UNİCEF

Təhsil Nazirliyində UNICEF-in nümayəndələri ilə görüş keçirilib

Azərbaycanda fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib

Uşaqlara yönələn sosial xidmətlərin inkişafı sahəsində UNICEF-lə birgə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb

Gənclər Fondu və UNICEF arasında əməkdaşlığın əsası qoyuldu 

Qida Təhlükəsizliyi Agentliyi UNİCEF-lə əməkdaşlığı genişləndirir

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

15 Dekabr 2019, 09:02 (GMT +4)
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66