Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

AGF son 9 ildə idmançılarımızın əldə etdiyi nailiyyətləri açıqlayıb

28 Noyabr 2016, 14:18 (GMT +4)

Bakı, 28 noyabr, SalamNews. Ötən həftə paytaxt Bakı daha bir mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi edib. Sayca 9-cu dəfə keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi artıq ənənə halını alıb. Budəfəki yarışı digərlərindən fərqləndirən isə iştirakçı ölkələrin sayının çox olması olub. Belə ki, bu yarışda 49 ölkədən 500-ə yaxın iştirakı paytaxtımıza təşrif buyurub.

Bu barədə SalamNews-a Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumatda deyilir.

Məlumata görə, güləş üzrə ölkə yığma komandalarımız həmişə olduğu kimi bu dəfə də öz inamlı çıxışları ilə yadda qalıb. Belə ki, hər üç növ güləş yığmaları 7 qızıl, 3 gümüş və 7 bürünc medal əldə etməklə komandamızın aktivinə ümumilikdə 17 medal qazandırıb.

Yarışın ilk günündə mübarizə aparan sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 7 medal qazanıblar. Baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında məşqçilər korpusunun əsasən gənc güləşçilərə şans verdiyini nəzərə alsaq nəticəni qənaətbəxş hesab etmək olar. Qızıl medalları yığmamıza Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Gitinomaqomed Hacıyev (70 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborovun (97 kq) payına düşüb.

İkinci yarış günündə mübarizəyə qoşulan qadın güləşçilərimiz yarışı 1 gümüş və 2 bürünc medalla tamamlayıb. Baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi məşqçilər korpusu da heyətə daha çox gənc güləşçiləri daxil edib. Qadın güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla güləşib. Ancaq final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıb. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) isə bürünc medal görüşünü uduzaraq 5-ci yerdə qərarlaşıb.

Son yarış günündə yunan-Roma güləşiləri arasında qaliblər müəyyənləşib. Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun heyətə daxil etdiyi güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 7 medal qazanıb. Qızıl medalları yığmamıza Həsən Əliyev (71 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Oyan Nəzəriani (130 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Elvin Mürsəliyev (75 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Rövşən Tağıyev (66 kq) və Soltan İsmayılovun (85 kq) payına düşüb.

9 ilin yekunlarına görə sərbəst güləşçilərimizin qazandığı medalların sayı 86-ya çatıb. Onlardan 26-sı qızıl, 23-ü gümüş, 37-nin əyarı isə bürüncdür. Qadın güləşçilərimiz 9 qızıl, 7 gümüş və 15 bürünc olmaqla ümumilikdə 31 medal qazanıb. Yunan-Roma güləşçilərimizin 9 ildə qazandığı medalların sayı isə 75 oldu. Onlardan 28-i qızıl, 19-u gümüş, 28-i isə bürünc əyarlıdır.

Ötən illərdə keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin nəticələrinə baxdıqda görürük ki, 2008-ci ildə 22 medal, 2009-cu ildə 20 medal, 2010-cu ildə 15 medal, 2011-ci ildə 26 medal, 2012-ci ildə 22 medal, 2013-cü ildə 24 medal, 2014-cü ildə 25 medal, 2015-ci ildə isə 21 medal qazanılıb. 2016-cı il də daxil olmaqlar qazanılan ümumi medalların sayı 192 edir ki, bunun da 63-ü qızıl, 49-u gümüş, 80-ni isə bürünc əyarlıdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Çavuşoğlu NATO Baş katibi ilə Suriya üzrə razılaşmanı müzakirə edib

Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunda 300-dən artıq idmançı çıxış edəcək

Türkiyə XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Pərviz Şahbazov: Son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb

ABŞ dövlət katibi Türkiyədən sonra İsrailə gedib

BMT: Ras əl-Aynda hərbi əməliyyat davam edir

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Yaponiyada ayı insanlara hücum edib

Tramp İsraildə hökumətin təşkilinə kömək məqsədilə yəhudi kürəkənini Təl-əvivə göndərir

Kosaçyov ABŞ və Türkiyənin Suriyaya dair razılığını müsbət hadisə adlandırıb

Görkəmli şərqşünas alimin xatirəsi yad edilib

Obyektlərin adı, fəaliyyət növü və iş rejimi barədə lövhələrə dair tələb dəyişib

Yeni magistr proqramının başlanması münasibəti ilə tədbir keçirilib

Kataloniyada etiraz aksiyalarında təxminən 20 nəfər saxlanılıb

Energetika naziri: Azərbaycan 200 milyon kubmetr qaza qənaət edə bilər

Pompeo İranın silah ticarəti ilə bağlı qadağanın götürülməsindən narahat olduğunu bildirib

ABŞ-da modelin cəsədi betonla doldurulmuş qutuda tapılıb

Formula 1 gəlirli olmasa, “Mercedes” layihəni tərk edəcək

Suriyanın şimalında 100 maşından ibarət silah daşıyan ABŞ karvanı müşahidə edilib

18 Oktyabr 2019, 14:45 (GMT +4)
Çavuşoğlu NATO Baş katibi ilə Suriya üzrə razılaşmanı müzakirə edib

18 Oktyabr 2019, 14:38 (GMT +4)
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

18 Oktyabr 2019, 14:23 (GMT +4)
Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunda 300-dən artıq idmançı çıxış edəcək

18 Oktyabr 2019, 14:10 (GMT +4)
Türkiyə XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

18 Oktyabr 2019, 14:07 (GMT +4)
Pərviz Şahbazov: Son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb

18 Oktyabr 2019, 14:05 (GMT +4)
ABŞ dövlət katibi Türkiyədən sonra İsrailə gedib

18 Oktyabr 2019, 13:52 (GMT +4)
BMT: Ras əl-Aynda hərbi əməliyyat davam edir

18 Oktyabr 2019, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

18 Oktyabr 2019, 13:24 (GMT +4)
Yaponiyada ayı insanlara hücum edib

18 Oktyabr 2019, 13:04 (GMT +4)
Tramp İsraildə hökumətin təşkilinə kömək məqsədilə yəhudi kürəkənini Təl-əvivə göndərir

18 Oktyabr 2019, 12:57 (GMT +4)
Kosaçyov ABŞ və Türkiyənin Suriyaya dair razılığını müsbət hadisə adlandırıb

18 Oktyabr 2019, 12:56 (GMT +4)
Görkəmli şərqşünas alimin xatirəsi yad edilib

18 Oktyabr 2019, 12:51 (GMT +4)
Obyektlərin adı, fəaliyyət növü və iş rejimi barədə lövhələrə dair tələb dəyişib

18 Oktyabr 2019, 12:32 (GMT +4)
Yeni magistr proqramının başlanması münasibəti ilə tədbir keçirilib

18 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyalarında təxminən 20 nəfər saxlanılıb

18 Oktyabr 2019, 12:13 (GMT +4)
Energetika naziri: Azərbaycan 200 milyon kubmetr qaza qənaət edə bilər

18 Oktyabr 2019, 12:09 (GMT +4)
Pompeo İranın silah ticarəti ilə bağlı qadağanın götürülməsindən narahat olduğunu bildirib

18 Oktyabr 2019, 11:58 (GMT +4)
ABŞ-da modelin cəsədi betonla doldurulmuş qutuda tapılıb

18 Oktyabr 2019, 11:41 (GMT +4)
Formula 1 gəlirli olmasa, “Mercedes” layihəni tərk edəcək

18 Oktyabr 2019, 11:40 (GMT +4)
Suriyanın şimalında 100 maşından ibarət silah daşıyan ABŞ karvanı müşahidə edilib

18 Oktyabr 2019, 11:23 (GMT +4)
Nazirlik: Bu il 61 791 şəxs işlə təmin edilib

18 Oktyabr 2019, 11:00 (GMT +4)
İran bu il Ərbəin ziyarətinə yollanan zəvvarlarının rekord rəqəmini açıqlayıb

18 Oktyabr 2019, 10:58 (GMT +4)
Kreml Suriyadakı əməliyyatların dayandırılması ilə bağlı Türkiyədən məlumat gözləyir

18 Oktyabr 2019, 10:53 (GMT +4)
Gömrük Akademiyasında Dövlət Müstəqilliyi Günü qeyd edilib

18 Oktyabr 2019, 10:46 (GMT +4)
Azərbaycan neftinin qiyməti ucuzlaşıb

18 Oktyabr 2019, 10:28 (GMT +4)
Demokratlar Trampı Suriyanın şimalında Türkiyə ilə əldə etdiyi yeni anlaşmaya görə tənqid ediblər

18 Oktyabr 2019, 10:25 (GMT +4)
Ağ Ev Putinin G7-yə dəvət edilmə ehtimalını şərh edib

18 Oktyabr 2019, 10:21 (GMT +4)
Nazir: Gələn il Azərbaycanda 130 minə yaxın şəxsin işə düzəlməsi təmin olunacaq

18 Oktyabr 2019, 10:11 (GMT +4)
Leyla Məmmədova təltif olunub

18 Oktyabr 2019, 10:04 (GMT +4)
“Qala Sığorta” növbəti iri həcmli ödəniş həyata keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66