Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Neftçalada DSMF-nin yeni inzibati binası istifadəyə verilib 

10 Noyabr 2016, 13:17 (GMT +4)

Bakı, 10 noyabr, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlarında iş və vətəndaşlara xidmət şəraitinin müasir tələblər səviyyəsində qurulması tədbirlərinin davamı olaraq, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Z.Babayev sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin sosial siyasətində mühüm yer tutduğunu vurğulayıb. Bu istiqamətdə əldə edilmiş nailiyyətləri diqqətə çatdıran Z.Babayev əmək pensiyalarının, müavinətlərin, təqaüdlərin cari ildə də növbəti dəfə artırıldığını qeyd edib: “Eyni zamanda sosial sığorta daxilolmalarında artım tendensiyası davam edir. Bunun təzahürü kimi, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artıb. Fərdi uçot sisteminin əhatə dairəsi də genişlənir. İndi bu sistemdə 3 336 912 nəfər vətəndaş qeydiyyatdadır ki, bu da cari ilin əvvəli ilə müqayisədə 156 758 nəfər çoxdur. Digər müsbət amil kimi, sosial sığorta haqqı üzrə daxilolmaların artım səviyyəsi pensiya və müavinətlərin hər ay qrafik üzrə maliyyələşdirilməsini təmin etməyə imkan yaradıb”.

Fondun departament və rayon (şəhər) şöbələrinin böyük əksəriyyətinin son illərdə yeni inzibati binalarla təmin olunduqlarını qeyd edən Z.Babayev bildirib ki, onların hər birində əməkdaşlar üçün beynəlxalq standartlara uyğun iş şəraiti yaradılıb. Ümumi fəaliyyət informasiya texnologiyalarının geniş tətbiqi şəraitində təşkil edildiyindən əməkdaşlar bunun üçün lazımi avadanlıqlarla təchiz ediliblər. 

Tədbir iştirakçıları binada əməkdaşların fəaliyyəti və vətəndaşlara yüksək səviyyədə xidmətin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olub, əməliyyatların avtomatlaşdırılmış formada aparılması üçün qurulmuş elektron sistemin fəaliyyətini nəzərdən keçiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qüdsdə əl-Əqsa və Mədinədə Peyğəmbər məscidi iki aydan sonra yenidən açılıb (VİDEO)

Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

Azərbaycana beynəlxalq sərnişindaşıma yeni mexanizmlə tənzimlənəcək

Deputat: Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir

Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

Avropa İttifaqı və Rusiya ABŞ-ın İranın nüvə proqramına qarşı yeni qərarını tənqid ediblər

XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

Tramp Administrasiyası Səudiyyə ilə yeni silah müqaviləsi imzalamağı planlaşdırır

Zakir Həsənov Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTOLAR)

İran Parlamentinin yeni sədrinin adı açıqlanıb

Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

"Bakcell" yeni irihəcmli internet paketini təqdim edib

DSMF-nin əməkdaşı rüşvət alarkən tutulub (RƏSMİ)

Cəbhəboyu zonada daha bir hərbi hissə istifadəyə verilib (FOTOLAR)

Prezident yeni icra başçılarını videoformatda qəbul edib

Baş Prokurora yeni müavinlər təyin olunub

01 İyun 2020, 09:15 (GMT +4)
Rusiya səfirliyi Dövlət Departamentinə etiraz notası göndərib

01 İyun 2020, 09:03 (GMT +4)
Tramp Ağ Evdə yeraltı sığınacağa aparılıb - New-York Times

31 May 2020, 22:05 (GMT +4)
Quranın ən qədim təfsirlərindən biri Azərbaycan dilinə tərcümə olunub

31 May 2020, 19:52 (GMT +4)
ABŞ-ın İndianapolis şəhərində etirazlar və toqquşmalarda 4 nəfər güllə yarasından ölüb

31 May 2020, 19:42 (GMT +4)
Corc Floydun qətli ilə bağlı Londonda etiraz aksiyası keçirilib

31 May 2020, 19:40 (GMT +4)
ABŞ-ın Almaniyadakı səfirliyinin qarşısında aksiya keçirilib

31 May 2020, 17:43 (GMT +4)
ABŞ-ın daha 15 şəhərində komendant saatı tətbiq edilib (VİDEO)

31 May 2020, 17:26 (GMT +4)
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

31 May 2020, 17:25 (GMT +4)
Təhsil Nazirliyi məktəblilərlə bağlı daha bir dəyişiklik edib

31 May 2020, 17:17 (GMT +4)
Azərbaycanda gələn aya gözlənilən hava proqnozu açıqlanıb

31 May 2020, 17:12 (GMT +4)
Qüdsdə əl-Əqsa və Mədinədə Peyğəmbər məscidi iki aydan sonra yenidən açılıb (VİDEO)

31 May 2020, 17:11 (GMT +4)
Operativ Qərargah: İndiyədək 5494 nəfər koronavirusa yoluxub

31 May 2020, 17:08 (GMT +4)
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66