Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini AGF-nun tədbirində iştirak edib

21 Oktyabr 2016, 11:14 (GMT +4)

Bakı, 21 oktyabr, SalamNews. Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Bolqarıstanın Sofiya şəhərində keçirilən beynəlxalq tədbirdə iştirak edib.

SalamNews xəbər verir ki, "Böhran müddətində sosial hüquqlar" adlı beynelxalq konfransında Avropa Gənclər Forumunun üzvü olan Gənclər Milli Şuralarının nümayəndələri iştirak edib. 

Tədbirdə Avropa Gənclər Forumunun baş katibi Allan Pol, Sofiya şəhərinin Təhsil, Mədəniyyət və Elm üzrə komitəsinin sədri Malina Edreva, və Bolqarıstanın millət vəkili Stoyan Mirçev açılış nitqləri ilə çıxış ediblər. Tədbir zamanı gənclərin sosial yardimla təmin olunmasında çətinliklər və onların həlli, Suriyalı qacqinlara sosial yardim və digər mövzularda müzakirələr aparılıb. Yekunda isə müzakirələrinin nəticələrinin təqdimatı keçirilib. Konfrans çərçivəsində həmçinin qonaqların iştirakı ilə "Avropada gənclərin sosial hüquqları" mövzusunda panel sessiyası keçirilib. 

Qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yeni magistr proqramının başlanması münasibəti ilə tədbir keçirilib

"Həkimlər valideynlərin dili ilə" adlı layihə çərçivəsində tədbir təşkil edilib

AmCham ölkədə biznes mühitinin yaxşılaşdırılması mövzusunda tədbir təşkil edib

Hərbi hissədə tədbir keçirilib (FOTO)

Heyvanların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib

Şuranın dəstəyilə Ağcabədidə maarifləndirmə tədbiri keçirilib

İstanbulda Camal Kaşıkçının anım tədbiri keçirilir

Yol Polisi növbəti maarifləndirici tədbir keçirib

“Bolonya əməkdaşlıq forumu” çərçivəsində tədbir keçirilib

Qubada maarifləndirmə tədbiri keçirilib

Zərdabda maarifləndirmə tədbiri keçirilib

Moskvada Cümə Məscidinin 115-ci ildönümü münasibətilə yubiley tədbirləri keçirilir

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Şamaxıda tədbir keçirib

İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

"Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” adlı tədbir keçirilib

AQTA nəzarət tədbirlərini daha da gücləndirir

“Caspian Event Organisers” şirkəti payız mövsümündə 13 tədbir keçirməyi planlaşdırır

18 Oktyabr 2019, 16:08 (GMT +4)
Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon könüllü olaraq Belçika hökumətinə təslim olub 

18 Oktyabr 2019, 16:06 (GMT +4)
Bakıda vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb

18 Oktyabr 2019, 15:58 (GMT +4)
İraq Ərbəin ziyarətinə görə ölkəyə daxil olan xarici zəvvarların sayını açıqlayıb (FOTO)

18 Oktyabr 2019, 15:52 (GMT +4)
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Terrorçuların geri çəkilməsi üçün 120 saat var - Ərdoğan

18 Oktyabr 2019, 15:24 (GMT +4)
Yusif Babanlı:Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

18 Oktyabr 2019, 15:13 (GMT +4)
Salonikidə ABŞ konsulluğunun yaxınlığında kürdlərin lehinə etiraz aksiyaları keçirilib

18 Oktyabr 2019, 15:10 (GMT +4)
Metropolitendə cibgirlik edən şəxs saxlanılıb

18 Oktyabr 2019, 15:02 (GMT +4)
Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılıb (FOTO)

18 Oktyabr 2019, 14:59 (GMT +4)
Livanda WhatsApp-a görə başlayan etiraz aksiyaları hökumətin istefasını tələb edir

18 Oktyabr 2019, 14:50 (GMT +4)
“Günay Sığorta” bazara yeni məhsullar təqdim edəcək

18 Oktyabr 2019, 14:45 (GMT +4)
Çavuşoğlu NATO Baş katibi ilə Suriya üzrə razılaşmanı müzakirə edib

18 Oktyabr 2019, 14:38 (GMT +4)
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

18 Oktyabr 2019, 14:23 (GMT +4)
Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunda 300-dən artıq idmançı çıxış edəcək

18 Oktyabr 2019, 14:10 (GMT +4)
Türkiyə XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

18 Oktyabr 2019, 14:07 (GMT +4)
Pərviz Şahbazov: Son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb

18 Oktyabr 2019, 14:05 (GMT +4)
ABŞ dövlət katibi Türkiyədən sonra İsrailə gedib

18 Oktyabr 2019, 13:52 (GMT +4)
BMT: Ras əl-Aynda hərbi əməliyyat davam edir

18 Oktyabr 2019, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

18 Oktyabr 2019, 13:24 (GMT +4)
Yaponiyada ayı insanlara hücum edib

18 Oktyabr 2019, 13:04 (GMT +4)
Tramp İsraildə hökumətin təşkilinə kömək məqsədilə yəhudi kürəkənini Təl-əvivə göndərir

18 Oktyabr 2019, 12:57 (GMT +4)
Kosaçyov ABŞ və Türkiyənin Suriyaya dair razılığını müsbət hadisə adlandırıb

18 Oktyabr 2019, 12:56 (GMT +4)
Görkəmli şərqşünas alimin xatirəsi yad edilib

18 Oktyabr 2019, 12:51 (GMT +4)
Obyektlərin adı, fəaliyyət növü və iş rejimi barədə lövhələrə dair tələb dəyişib

18 Oktyabr 2019, 12:32 (GMT +4)
Yeni magistr proqramının başlanması münasibəti ilə tədbir keçirilib

18 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyalarında təxminən 20 nəfər saxlanılıb

18 Oktyabr 2019, 12:13 (GMT +4)
Energetika naziri: Azərbaycan 200 milyon kubmetr qaza qənaət edə bilər

18 Oktyabr 2019, 12:09 (GMT +4)
Pompeo İranın silah ticarəti ilə bağlı qadağanın götürülməsindən narahat olduğunu bildirib

18 Oktyabr 2019, 11:58 (GMT +4)
ABŞ-da modelin cəsədi betonla doldurulmuş qutuda tapılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66