Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Hacı Şahin Həsənli: "İmam Hüseyn (ə) məktəbi harada varsa, orada əmin-amanlıq var"

12 Oktyabr 2016, 09:55 (GMT +4)

Bakı, 12 oktyabr, SalamNews. "Dünyanın dörd bir yanında keçirilən mərasimlər onu göstərir ki, İmam Hüseyn (ə) yaşadı və onun düşmənləri məhvə məhkum oldular, tarix onun qatillərinin də, özünün də qiymətini verdi."

SalamNews xəbər verir ki, bunu ilahiyyatçı Hacı Şahin Həsənli "Məşhədi Dadaş" məscidində Aşura ilə bağlı keçirilən mərasimdə deyib. O vurğulayıb ki, biz şəhidliyin zülmə, zorakılığa, təcavüzə qalib gəldiyi günü qeyd edirik. 

“İmam Hüseyn (ə) və onun məktəbi zorakılığın əleyhinədir. İmam Hüseyn (ə) uşaq başı kəsənlər, qadın-uşağa rəhm eləməyənlər qarşısında dayanıb. Bu gün də İmam Hüseynin (ə) düşmənlərinin varisləridir ki, dünyanın hər bir yerində terror törədirlər, qan tökürlər, günahsız insanları qətlə yetirirlər. Amma İmam Hüseyn (ə) məktəbi harada varsa, orada əmin-amanlıq var. Çünki İmam Hüseyn (ə) zorakılığa qarşıdır”, - deyə ilahiyyatçı qeyd edib. 

Hacı Şahin Həsənli vurğulayıb ki, İmam Hüseyn (ə) bizim böyük müəllimimizdir: “İmam Hüseynin davası, savaşı insaniyyət uğrunda idi. İmam Hüseyn (ə) bir şam kimidir. Yanır, başqalarının yolunu işıqlandırır.”



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

TƏBİB 20 saylı məktəb-liseydə zəhərlənən şagirdlərin vəziyyətini açıqlayıb

Bakı məktəbində zəhərlənən uşaqlar xəstəxanaya yerləşdirilib

Hacı Şahin Həsənlinin yerinə təyinat məsələsinə aydınlıq gətirilib

DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlini qoyub

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatıb

Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

Bakı məktəblərində psixoloji xidmətlə bağlı monitorinqlər aparılır

Nazirlik: Ali məktəblərdə dövlət imtahanı ləğv olunub

Ali məktəblərə sənəd verənlərin sayı açıqlanıb

Emin Əmrullayev: Ali məktəblərə qəbul sistemində problem var

Peşə məktəblərində direktorların, müavinlərinin, baş mühasiblərin və dərs hissə müdirlərinin maaşı artırılıb

Bakıda məktəblərdə IX siniflər üzrə monitorinq keçirilir

Ali məktəblərə sənəd verənlərin sayı açıqlanıb

Moskvada Hacı Şahin Həsənliyə anım məclisi keçirilir

Baş Prokurorluq: Hacı Şahin Həsənlinin ölümü ilə bağlı araşdırma aparılır

Hacı Şahin Həsənli dəfn olunub

Hacı Şahin Həsənlinin dəfn yeri məlum olub

İlahiyyatçı Hacı Şahin Həsənlinin ölüm səbəbi məlum olub

İlahiyyatçı Hacı Şahin Həsənli vəfat edib


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66