Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb (FOTO)

10 Oktyabr 2016, 13:25 (GMT +4)

Bakı, 10 oktyabr, SalamNews. Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

SalamNews xəbər verir ki, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri bu gün II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanın Aida İmanquliyeva kimi tanınmış ziyalı xanımlarının olması çox vacibdir: “Biz müsəlman ölkəsiyik. Dünyada stereotiplər var ki, müsəlman xanımları o qədər də fəal deyillər, amma Aida xanım hamıya sübut etdi ki, əsl şərq xanımı necə olmalıdır. Xüsusilə Aida xanım kimi şərqşünaslıq sahəsində öz sözünü deyən, elmi fəaliyəti ilə tanınan ilk Azərbaycan qadının olması çox böyük nailiyyətdir. Aida xanım Azərbaycan elmi üçün çox böyük töhfələr verib. Aida xanım tanınmış alim olmaqla yanaşı, çox gözəl bir pedaqoq idi. Aida xanım böyük bir məktəb yaratdı və bu gün də onun davamçıları var”.

H.Hüseynova bildirib ki, Aida xanım tanınmış bir alim olmaqla yanaşı, gözəl ana və gözəl həyat yoldaşı idi: “Aida xanımın bizim cəmiyyət, ölkəmiz üçün bəxş etdiyi iki gözəl xanım bu gün Azərbaycanı beynəlxalq aləmdə təmsil edir və bir çox gənc qızlar onları nümunə götürərək formalaşır, inkişaf edirlər. Bir ailədə öz elmi və ictimai fəaliyyətləri ilə tanınan xanımların olması doğrudan da Azərbaycanın fəxridir. Bir daha Aida xanıma Allahdan rəhmət diləyirəm, qəbri nurla dolsun”.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 10 oktyabrın institutun kollektivi üçün çox önəmli gün olduğunu xatırladıb: “Artıq 25 ildir ki, biz Aida xanımın doğum gününü onsuz qeyd edirik. Sağlığında həmişə oktyabrın 10-da biz, bütün institut kollektivi, tələbələri Aida xanımın başına yığılardıq, bu günü çox böyük fərəhlə qeyd edərdik. Ancaq təəssüf ki, biz 25 ildir Aida xanımın ad gününü onun məzarı başında keçiririk. Bu 25 ildə biz hər zaman Aida xanımı böyük sevgi ilə xatırlayırıq. Aida xanım bizim institutumuzun həyatında silinməz iz qoyub və onun həyatdan vaxtsız getməsi bütün kollektivimiz üçün çox böyük sarsıntı oldu. O gündən biz Aida xanımın xatirəsini əziz, adını uca tuturuq, onun əsərlərini yenidən çap edirik. Bu illər ərzində Aida xanımın xatirəsinə həsr olunmuş bir sıra konfranslar keçirilib, kitablar nəşr edilib, əsərləri xarici dillərə tərcümə olunub. Aida xanımın yaradıcılığı haqqında saatlarla danışmaq olar. Mütəxəssislər çox yaxşı bilirlər ki, Aida xanım şərqşünaslıq sahəsində nə qədər böyük işlər görüb. Aida xanım elm sahəsində silinməz iz qoyub. Onun həyatdan getməsi böyük itki oldu. Bizim üçün təsəlli yalnız odur ki, Aida xanım öz əsərlərində, qəlblərdə, xatirələrdə yaşayır və daim yaşayacaq. Allah rəhmət etsin, qəbri nurla dolsun!”.

Qeyd edək ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida İmanquliyeva Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub.

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb. Üç monoqrafiya ("Mixail Nuaymə və "Qələmlər birliyi", Moskva,1975; "Cübran Xəlil Cübran", Bakı, 1975; "Yeni ərəb ədəbiyyatının korifeyləri", Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hakan Mengüçün Bakıda seminarı və imza günü keçirilib (FOTOLAR)

Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

Bakıda vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb

Görkəmli şərqşünas alimin xatirəsi yad edilib

Bakıda bir küçədə hərəkət məhdudlaşdırılacaq

Bakı Limanı Xəzər dənizi hövzəsində ilk olaraq «yaşıl liman» adını qazanıb

Sabah Bakıda 26 dərəcə isti gözlənilir

Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan fəal istifadə etməkdə maraqlıdır

Leyla Əliyeva Bakıda filmin təqdimatında iştirak edib

Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

Bakıda Nazarbayevə Türk Dünyasının Ali Ordeni verilib

Bakıda 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb

Bakıda fərdi təhsilə cəlb olunan şagirdlərin sayı açıqlanıb

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb

Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

Bakıda intihara cəhd olub

Bakıda Dünya Türk Biznes Şurasının görüşü keçirilir

Litvanın Druskininkay şəhərinin meri Bakıda səfərdədir

Bakıda aztəminatlı ailələr üçün məntəqə istifadəyə verilib (FOTO)

Sabah Bakıda 26 dərəcə isti gözlənilir

21 Oktyabr 2019, 09:29 (GMT +4)
Yaşıl dəhliz buraxılış sistemindən istifadə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib

21 Oktyabr 2019, 09:27 (GMT +4)
Livanda aksiyalar 6-cı günə daxil olub - Hökumət islahat paketini açıqlamaq istəyir

21 Oktyabr 2019, 09:11 (GMT +4)
Tbilisidə Ərbəin günü ilə bağlı dinlərarası beynəlxalq konfrans keçirilib (FOTO)

21 Oktyabr 2019, 09:01 (GMT +4)
UEFA “Qarabağ”ı cərimələyib

20 Oktyabr 2019, 11:01 (GMT +4)
Yanvar-avqust aylarında Azərbaycandan 110 ölkəyə məhsul ixrac olunub

20 Oktyabr 2019, 10:52 (GMT +4)
Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:45 (GMT +4)
Alpaqut üzrə Azərbaycan kubokunun açılış mərasimi olub

20 Oktyabr 2019, 10:35 (GMT +4)
Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:08 (GMT +4)
"Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib

20 Oktyabr 2019, 10:01 (GMT +4)
Azərbaycanda Energetiklər Günü qeyd olunur

20 Oktyabr 2019, 09:30 (GMT +4)
Hakan Mengüçün Bakıda seminarı və imza günü keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 09:05 (GMT +4)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66