Suriya müharibəsi böyük güclərin nüfuz dairəsi savaşına çevrilib - İbrahim Kalın04 Oktyabr 2016, 17:52 (GMT +4) Bakı, 4 oktyabr, SalamNews, N.Ələkbər. "Türkiyə Suriyada atəşkəsin yenidən təmin edilməsinə çalışır."
SalamNews-un “Habertürk”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın bəyan edib.
O, Suriya üzrə danışıqlarda digər tərəflərin koordinasiya içində hərəkət etdiklərini bildirib: “Çindəki G20 sammitində danışıqlar baş tutdu. Atəşkəs çox qısa müddət davam etdi. Hələbdə və digər yerlərdə vəziyyət pisləşir. Biz atəşkəsin yenidən təmin olunması üçün əlimizdən gələni edirik. Prezidentimiz yenidən danışıqlar aparacaq. Qarşıdurmalar daha da gərginləşə bilər.
Hörmətli Obama ilə danışıqlar aparılacaq. Hörmətli Putinlə də oktyabrın 10-dan əvvəl telefon danışığı keçirməyə çalışacağıq."
Kalın əlavə edib ki, atəşkəsə müxaliflərin əməl etmədiyi iddiası doğru deyil: “Müxaliflər atəşkəsə əməl etdilər, atəşkəsi Əsəd rejimi pozdu. Suriya müharibəsi böyük güclərin nüfuz dairəsi, digər güclərin isə daha çox əraziyə sahib olma müharibəsinə çevrilib."
|