Alma-ata hava limanında insanlar civə dağılması səbəbilə təxliyyə edilir03 Oktyabr 2016, 11:34 (GMT +4) Bakı, 3 oktyabr, SalamNews, C.Nəzərov. Alma-ata (Qazaxıstan) hava limanında civə dağılması səbəbilə insanlar təxliyyə edilir.
SalamNews-un “BNews.kz” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hava limanının mətbuat xidmətindən bildirilib.
“Alma-ata hava limanında insanların təxliyyəsi aparılır. Təxliyyə beynəlxalq reys həyata keçirən təyyarəyə minməyi gözləyən sərnişinlərə baxış zonasında dağılan civə səbəbilə həyata keçirilir.”, - məlumatda söylənilir.
Alma-ata-Tbilisi reysi sərnişinlərindən biri civəni 150 millilitr tutumlu sadə şüşə tarada keçirmək qərarına gəlib.
Təyyarəyə minmədən əvvəl baxış zamanı təhlükəli maddənin mövcudluğu aşkarlanıb, bundan sonra 38 yaşlı qazaxıstanlı civəni zibil qabına töküb. Bundan dərhal sonra təxliyyəyə başlanılıb.
Almata-ata hava limanından bütün reyslər gecikir. Qazaxıstan Daxili İşlər Nazirliyi Fövqəladə Hallar Komitəsinin əməkdaşları hadisə yerinə gediblər.
|