Simferepolda yeni məscidin təməli qoyulur 26 Sentyabr 2016, 13:42 (GMT +4) Bakı, 26 sentyabr, SalamNews, Ş.Nəzərli. Oktyabr ayının əvvəlində Krımın Simferepol şəhərində yeni cümə məscidinin təməlqoyma mərasimi olacaq.
SalamNews xarici KİV-lərə istinadla xəbər verir ki, bununla əlaqədar məscidin tikiləcəyi ərazi təmizlənir, hazırda bünövrənin yeri hazırlanır. Məscidin 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılır. Burada eyni vaxtda 5 min mömin ibadət edə biləcək.
Bildirilir ki, məscid krım-tatar etnik motivləri əsasında inşa ediləcək. 28 metr hündürlüyündə gümbəz, içəri həyət, administrasiya korpusu da tikintiyə daxildir.
Hər biri 50 metr hündürlüyündə olacaq 4 minarə Allah evini daha əzəmətli göstərəcək.
|