Qırğızıstan paytaxtında 2 partlayıcı qurğu zərərsizləşdirilib21 Sentyabr 2016, 13:35 (GMT +4) Bakı, 21 sentyabr, SalamNews, C.Nəzərov. Qırğızıstan hüquq-mühafizə orqanları paytaxt Bişkekin mərkəzində iki kustar üsulla hazırlanmış qurğunu zərərsizləşdirib.
SalamNews-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat katibi məlumat verib.
“Ötən gün Mahatma Qandi və Pervomayski küçələrinin kəsişməsində bələdiyyə mağazasının ətrafında kustar üsulla hazırlanmış iki partlayıcı qurğu zərərsizləşdirilib.”, - Komitə nümayəndəsi bildirib.
Onun sözlərinə əsasən, yaxınlıqdan keçən şəxslər iki qara polietilen bağlama aşkarladıqdan sonra milisə zəng ediblər. Araşdırma zamanı bağlamalarda kustar üsulla hazırlanmış bombaların olduğu təyin edilib.
“Partlayıcı qurğular su topları vasitəsilə məsafədən məhv edilib. Ölən və yaralanan yoxdur.”, - mətbuat katibi əlavə edib.
|