Mobil versiya RU AZ
_




MDB ÖLKƏLƏRİ » İQTİSADİYYAT

Ukraynada 2017-ci ildə yaşayış minimumu və əməkhaqqı 2 dəfə artırılacaq

19 Sentyabr 2016, 14:24 (GMT +4)

Bakı, 19 sentyabr, SalamNews, C.Nəzərov. 2017-ci ildə Ukraynada yaşayış minimumu və minimum əmək haqqı iki dəfə artırılacaq.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Ali Radanın (Ukrayna parlamenti) saytında təqdim edilən dövlət büdcəsi layihəsinin mətnində bildirilir.

Cari ildə Ukraynada sosial standartların növbəti yüksəlişi gözlənilir. Xüsusilə 2016-cı il dekabrın 1-dən minimum əmək haqqı 1,516 min qrivnidən 1,6 min qrivniyə (təxminən 64,5 dollar), yaşayış minimumu 1,399 min qrivnidən 1,544 min qrivniyə (təxminən 62,2 dollar), minimum təqaüd 1,074 min qrivnidən 1,13 min qrivniyə (təxminən 45,5 dollar) qaldırılacaq.
“2017-ci ildə bir nəfər üçün aylıq yaşayış minimumu həmin il yanvarın 1-dən etibarən 1,544 min qrivni (təxminən 62,2 dollar), mayın 1-dən 1,624 min qrivni (təxminən 65,5 dollar), dekabrın 1-dən 1,7 min qrivni (68,6 dollar) təyin edilsin.”, - layihədə deyilir.

Sənədə əsasən, minimum əməkhaqqı 2017-ci il mayın 1-dən 1,684 min qrivniyə (67,9 dollar), dekabrın 1-dən 1,762 qrivniyə (təxminən 71 dollar) qaldırılacaq.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

FHN Yasamal yaşayış kompleksində təlim keçirib (VİDEO)

Blinken: Ukraynanın əks-hücumu yaxın həftələrdə baş verə bilər

Con Kirbi: Ukraynasız Ukrayna ilə bağlı heç bir danışıq ola bilməz

Zelenski: “Ukrayna və Polşa çiyin-çiyinə olarsa, Rusiya Avropaya qalib gələ bilməz”

Şamaxıda 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur (VİDEO)

FHN: Paytaxtda beşmərtəbəli yaşayış binasında yanğın olub

Putin: ABŞ-ın rəngli inqilabları dəstəkləməsi Ukraynada bugünkü böhrana gətirib çıxarıb

Fransa Ukraynada sülh və stabillik üçün Çinlə birgə işləmək istəyir

Dünya Bankının prezidenti: “Ukraynanın bərpası üçün yüz milyardlarla dollar lazımdır”

Binəqədidə üçmərtəbəli yaşayış binasında yanğın olub

FT: NATO Ukraynaya yardımı ikiqat artırmağı planlaşdırır

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası “Krımın azad edilməsi” planını açıqlayıb

Zelenski: Ukrayna qələbə üçün hazırlıqlara başlayıb

Bakıda yaşayış binasında yanğın olub, ölən var

Tramp: Ukrayna il yarım ərzində məhv edilə bilər

İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlini qoyub

Polşa Ukraynaya 10 ədəd “Leopard 2” tankı göndərib

Kreml: Vaşinqton Ukraynada müharibəni davam etdirmək üçün hər şey edir

Nazir: Bu aydan müəllimlərin 25 %-dən çoxu 1000 manat və daha yuxarı əməkhaqqı alacaq

ABŞ Ukraynaya dəstək üçün 10 milyard dollar ayırır


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66