Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ARGTMŞ-ın təşəbbüsü ilə “ReTweet” kampaniyasına start verilib

16 Sentyabr 2016, 14:55 (GMT +4)

Bakı, 16 sentyabr, SalamNews. ARGTMŞ-ın təşəbbüsü ilə gənclərin referendumla bağlı məlumatlılığının artırılması, dəyişikliklərin mahiyyətinin geniş ictimaiyyətə, xüsusən gənclərə çatdırılması məqsədilə “ReTweet” kampaniyasına start verilib. 

SalamNews xəbər verir ki, “Twitter” sosial şəbəkəsində təşkil olunan kampaniya çərçivəsində ARGTMŞ-ın idarə heyəti, katibliyinin üzvləri və üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları tərəfindən 26 sentyabr 2016-cı il tarixinədək referenduma dəstək məqsədi ilə maarifləndirici məlumatlar paylaşılır. İştirakçılar tərəfindən 10 gündə öz haştaqları qeyd olunmaqla “tweet”lər yazılır. 10 gün ərzində ən çox Azərbaycan üzrə trend top 5-ə düşən iştirakçı qalib seçilir, heç bir tweet trend top 5-ə düşmədikdə isə ən çox tweet və retweet edilmiş haştaqlar qalib seçiləcək. Günün trendi olan, yüksək maraq doğuran “tweet”lər yazan iştirakçılar şəhadətnamə və kampaniyanın ən fəal iştirakçısı HP markalı noutbukla təltif olunacaq.

Qeyd edək ki, Kampaniyanın ilk günü “GoReferendum” haştaqı ilə yazılan tvitlər trend top 5-ə düşüb. Kampaniyada iştirak etmək istəyən gənclər www.retweet.nayora.az ünvanında qeydiyyatdan keçməklə kampaniyaya qatıla bilərlər.

Məlumat üçün qeyd edək ki, "Bakı 2015" 1-ci Avropa Oyunları ərəfəsində ARGTMŞ-ın təşəbbüsü ilə “Creatweet” kampaniyası həyata keçirilib. “Creatweet” Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvü olan gənclər təşkilatlarının "Bakı 2015" 1-ci Avropa Oyunlarına onlayn dəstək məqsədilə keçirilib. 2 mərhələdən ibarət olmaqla təşkil olunan kampaniya çərçivəsində #Baku2015 və #RealBaku2015 haşteqləri ilə Avropa Oyunlarına dəstək məqsədi ilə oyunlar zamanı baş verən maraqlı anlar, oyunlar ərəfəsində ölkəmizdə həyata keçirilən tədbirlər, idmançılarımızın uğurları və başqa mövzuları əhatə edən tvitlər yazıblar. “Creatweet” adlı kampaniyası zamanı ARGTMŞ-ın komandası və üzvü olan Bakı, Gəncə, Quba, İsmayıllı və Şəki şəhərlərində fəaliyyət göstərən 21 gənclər təşkilatını təmsil edən 53 nəfər tərəfindən yaradılan haşteqlərlə (#Baku2015 haşteqi qeyd olunmaqla) Avropa Oyunlarına dəstək olaraq 128 457 tvit yazılıb. Ümumilikdə kampaniya çərçivəsində yazılan tvitlər 134 399 nəfərin profilində 14 700 819 dəfə görünüb. Kampaniyada yazılan tvitlər #Baku2015 haşteqi ilə yazılan bütün tvitlərin (606 647 tvit) 21,15% -ni təşkil edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İranda seçkilərdən sonra 11-ci parlament işinə start verib

ARGTMŞ gənclər təşkilatları üçün vebinarlar təşkil edir

Azərbaycan Texniki Universiteti yeni layihəyə start verib

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

Prezidentin tövsiyələrinə uyğun olaraq prokurorluqda islahatlara start verilib

İsrail işğal edilən bölgədə 7 min mənzildən ibarət yeni qəsəbənin salınmasına start verib

Bakıda müddətli müqavilə ilə işləyən müəllimlərlə onlayn müsahibələrə start verilib

AMADA onlayn təhsil proqramına start verib

“Ailə Könüllüləri” layihəsinə start verilib

Nazirlik yeni onlayn vətənpərvərlik aksiyasına start verir

AFFA e-Mili Liqaya start verir

Nazirlik şagirdlər üçün daha bir verilişin yayımına start verir

Bakı Ali Neft Məktəbində onlayn imtahanlara start verilib

"İçərişəhər" Muzey Mərkəzi "Onlayn ünsiyyət" rubrikasına start verib

Azərbaycanda koronavirusla bağlı yeni layihəyə start verilib

Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi yeni layihəyə start verib

Azərbaycanlı tələbələr üçün onlayn mühazirələrə start verilib

Gənclər Fondu yeni maarifləndirmə kampaniyasına start verib

Sabahdan “Yardımçı” layihəsinə start verilir

29 May 2020, 22:05 (GMT +4)
Deputat: Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir

29 May 2020, 18:14 (GMT +4)
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

29 May 2020, 17:55 (GMT +4)
Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

29 May 2020, 17:54 (GMT +4)
Azərbaycanda bəzi qadağalar qüvvədə qalacaq - Siyahı

29 May 2020, 17:50 (GMT +4)
Restoran, kafe və çay evlərində xidmət saatları artırılır

29 May 2020, 17:46 (GMT +4)
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib

29 May 2020, 17:15 (GMT +4)
Xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

29 May 2020, 17:10 (GMT +4)
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur

29 May 2020, 17:01 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

29 May 2020, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

29 May 2020, 16:50 (GMT +4)
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

29 May 2020, 16:40 (GMT +4)
Trampla Twitter-in qarşıdurması qızışıb – Prezidentin son paylaşımı məhdudlaşdırılıb

29 May 2020, 16:37 (GMT +4)
Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

29 May 2020, 16:30 (GMT +4)
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

29 May 2020, 16:25 (GMT +4)
Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlanıb

29 May 2020, 16:20 (GMT +4)
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb

29 May 2020, 16:08 (GMT +4)
Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

29 May 2020, 16:07 (GMT +4)
Azərbaycan dövlət sərhədinin bağlanması müddəti uzadılır

29 May 2020, 15:57 (GMT +4)
Kim Çen In Azərbaycan Prezidentini təbrik edib

29 May 2020, 15:40 (GMT +4)
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib (FOTO)

29 May 2020, 15:36 (GMT +4)
İradə İbrahimova: Ağac kəsənlər cəmiyyət qarşısında utansınlar

29 May 2020, 15:17 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı azalır, yoluxanlar sürətlə artır

29 May 2020, 15:15 (GMT +4)
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

29 May 2020, 15:01 (GMT +4)
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb

29 May 2020, 14:45 (GMT +4)
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini tutulub

29 May 2020, 14:30 (GMT +4)
Kolleclərə 47 734 nəfər sənəd verib

29 May 2020, 14:20 (GMT +4)
Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

29 May 2020, 14:01 (GMT +4)
ADU tələbə qəbulu elan edib

29 May 2020, 13:38 (GMT +4)
Tramp Minnesotada gərginliyin davam edəcəyi təqdirdə «iğtişaşçılar»a atəş açılacağını deyib  (VİDEO)

29 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66