Ukraynanın incisi – Truskavetsdən REPORTAJ 03 Sentyabr 2016, 11:33 (GMT +4) Bakı, 3 sentyabr, SalamNews, A.Bayramova. Ukrayanın Lvov vilayətində yerləşən Truskavets şəhəri hələ sovet dövründə turistləri ən çox cəlb edən yerlərdən biri olub. Elə indi də MDB məkanında ən çox səfər edilən şəhərlərdən biridir.
SalamNews xəbər verir ki, bunun əsas səbəbi isə şəhərin müalicəvi əhəmiyyəti ilə yanaşı, keçmişdə olduğu kimi, elə indi də rus dillilər üçün doğma məkan olmasıdır. Bəzən mətbuatda informasiyalar verilir ki, artıq Ukraynada rus dili istifadə edilmir. Ancaq bura səfərimiz zamanı tam əksinin şahidi olduq. Ukrayna millətindən, dinindən asılı olmayaraq, hər kəs üçün öz tolerantlığını qoruyub saxlayan şəhər olub. Elə indi də bu ənənəsini davam etdirir. Siz Truskavetsdə bütün millətlərin nümayəndələrinə rast gələ bilərsiniz. Bunun isə əsas səbəbi odur ki, ukraynalılar tolerantlıqlarını qoruyub saxlayıblar. Elə buna görə də, hər il çoxlu sayda turist bura səfər edir.
Azərbaycanlılar niyə məhz Truskavetsi seçir?
Truskavetsə səfərimiz zamanı şəhərdə çoxlu sayda azərbaycanlılarla rastlaşdığımızı desək, yanılmarıq. Sanki, turistlərin əksəriyyəti azərbaycanlılardır. Şəhər rəhbərliyi ilə söhbətdə öyrəndik ki, şəhərə hər il səfər edənlər arasında azərbaycanlılar üstünlük təşkil edir. Eyni zamanda, azərbaycanlıların buranı seçməsinin digər səbəbi isə Truskavets suyunun unikal olmasıdır. Bu suyun sayəsində bir çox xəstəliklərin müalicəsi həyata keçirilir. Burada qara ciyər və böyrəklə yanaşı, müxtəlif qrup xəstəliklərin müalicəsi dəhəyata keçirilir. Həm buranın iqlim şəraiti, həm təbiəti, həm geniş fizio-terapiya imkanları burada kardioloji, ginekoloji, nevroloji və.s xəstəliklərin müalicəsinə imkan verir. Şəhər müalicəvi sanatoriyaları ilə zəngindir. İstənilən vəsaitə ilə uyğun sanatoriya tapmaq mümkündür.
Truskavets turistlərə, həm də müxtəlif sərmayədarlara tam açıqdır
Şəhərdə təkcə müalicə üçün deyil, eyni zamanda, sözün tam mənasında, istirahət etmək də mümkündür. Burada iki muzey, delvinariya mərkəzi, ticarət mərkəzləri, həm milli, həm də digər mətbəxlərə məxsus restoranlar fəaliyyət göstərir. Həmçinin qeyd edək ki, azərbaycanlıların da burada iki restoranı var. Ümumiyyətlə şəhər həm turistlərə, həm də müxtəlif sərmayədarlara tam açıqdır. Burada, həmçinin yüksək xidmət də vardır ki, bu da şəhərin uzun illər turizm bölgəsi olmasından isrəli gəlir.
Azərbaycanın hökumət və dövlət nümayəndələri də hər il bu şəhərə üz tutur
Truskavetsə təkcə sadə vətəndaşların deyil, eyni zamanda dünyanın məşhur siyasətçilərinin də səfər etdiyi bildirilir. Həmin siyahının içində Atatürkün də adı var. Bura, həmçinin Azərbaycanın hökumət və dövlət nümayəndələri də hər il üz tutur.
|