Bişkekdəki Çin səfirliyi önündə törədilən partlayışın görüntüləri yayılıb (VİDEO)
31 Avqust 2016, 11:03 (GMT +4)
Bakı, 31 avqust, SalamNews, C.Nəzərov. Bişkekdəki Çin səfirliyi önündə törədilən partlayış anının görüntüləri internetdə yayılıb.
SalamNews-un verdiyi xəbərə görə, bu barədə bu gün “AKİpress” agentliyi məlumat verib.
Xatırladaq ki, dünən səhər saatlarında Bişkekdəki Çin səfirliyi ərazisində partlayış törədilib. Partlayış o qədər güclü olub ki, səfirliyin yaxınlığında yerləşən evlərin şüşələri qırılıb, mağaza vitrinləri sıradan çıxıb. Partlayış zamanı terrorçu-kamikadze ölüb, Qırğızıstan vətəndaşları olan səfirlik əməkdaşları zərər çəkib. Çin diplomatlarından heç biri xəsarət almayıb.
“Partlayış videosu müşahidə kameraları tərəfindən qeydə alınıb”,- deyə 51 saniyəlik videonun təsvirində söylənilir, divar səbəbindən terrorçu-kamikadzenin avtomobili görünmür, lakin partlayış və havaya yüksələn tüstü görünməkdədir.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.