Qırğızıstan hökuməti Çin səfirliyi önündə törədilən partlayışı terror aktı adlandırıb30 Avqust 2016, 12:14 (GMT +4) Bakı, 30 avqust, SalamNews, C.Nəzərov. Qırğızıstan vitse-prezidenti Jeniş Razakov Bişkekdəki Çin səfirliyi ərazisində törədilən partlayışın terror aktı olduğunu bildirib. “Avtomobil 40-50 metr səfirlik ərazisinə daxil olub, bu terrorçu kamikadze idi”, - deyə o bildirib.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, Qırğızıstan hökumətinin mətbuat xidməti də səfirlik ərazisində baş verən partlayışı terror aktı hesab etdiyinə dair məlumat yayıb.
Xatırladaq ki, bu gün təxminən yerli vaxtla saat 9:40-da Bişkekdə Çin səfirliyi ərazisində partlayış baş verib.
Səfirlik binası yaxınlığında "Mitsubishi Delica” avtomobili partlayıb. Hadisə nəticəsində sürücü ölüb, üç nəfər zərər çəkib.
|