Mobil versiya RU AZ
_




DÜNYA » MEDİA

BƏƏ-də Azərbaycanın birinci xanımı ilə bağlı məqalələr dərc edilib 

29 Avqust 2016, 13:42 (GMT +4)

Bakı, 29 avqust, SalamNews, A.Bayramova.  Birləşmiş Ərəb Əmirliklərinin “Vəhdət” qəzetində, “Arabian business” biznes xəbərlər portalında (http://arabic.arabianbusiness.com/lifestyle/2016/aug/25/420650/), “Ermi Media” qrupuna daxil “Foochia” internet portalında (http://www.foochia.com/celebrities/114892), eləcə də Londonda yerləşən “Middle East Online” xəbərlər portalında (http://www.middle-east-online.com/?id=231442)  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında məqalələr dərc edilib.

SalamNews xəbər verir ki, bütün məqalələrdə Mehriban xanım Əliyevanın ziyalı valideynləri haqqında məlumat verilir, məşhur yazıçı Mir Cəlal Paşayevin nəvəsi olduğu qeyd edilir.

Ardınca Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətindən bəhs edilir. Ölkədaxili fəaliyyətlərə nəzər salındıqda ilk növbədə bildirilir ki, Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan Heydər Əliyev Fonduna rəhbərlik edir və hər iki Fond vasitəsilə həm ölkəmiz, həm də xalqımız üçün humanitar, sosial və iqtisadi töhfələr verir. Bu xüsusda, Mehriban xanım Əliyevanın uşaq və yaşlı nəsil nümayəndələrinə xüsusi diqqət göstərdiyi, onların qarşısında duran problemlərin həlli istiqamətində gördüyü işlər qabardılır.

Tolerantlıq və sülh dəyərlərini üstün tutan Heydər Əliyev Fondunun ölkədə məscid və kilsələrin tikintisi və ya yenidən qurulmasını öz üzərinə götürdüyü məqalələrdə qeyd edilir, məhz bu cür yanaşmanın da respublikamızda yaşayan çoxsaylı milli azlıqların bir-biri ilə dinc şəraitdə yaşamasını təmin etdiyi vurğulanır. Azərbaycan xalqının zəngin milli musiqi irsinin gənc və yetişən nəsillərə ötürülməsi işində Mehriban xanım Əliyevanın özəl rolu qabardılır. Oxucuların nəzərinə çatdırılır ki, məhz birinci xanımın hərtərəfli diqqəti hesabına bu gün Azərbaycanda musiqi incəsənəti obyektləri tikilir, musiqiyə, ələlxüsus da onun muğam janrına gənc istedadlarımız tərəfindən böyük rəğbət göstərilir.

Mehriban xanım Əliyevanın idmana olan qayğısı da bütün məqalələrdə öz əksini tapır. Orada Azərbaycanın birinci xanımının Milli Gimnastika Federasiyasına rəhbərlik etdiyi göstərilir və bunun sayəsində bu idman növündə irəliləyişin nəzərə çarpdığı qeyd edilir, paytaxt Bakının müxtəlif mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyi barədə oxucular məlumatlandırılır. Bundan savayı, 2015-ci ildə ölkəmizdə Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin məhz Mehriban xanım Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin adı ilə bağlı olduğu qabardılılır, həmin oyunların yüksək səviyyədə təşkili sayəsində birinci xanıma 2017-ci ildə respublikamızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üzrə Milli Komitənin sədri missiyasının həvalə edildiyi xüsusilə qeyd edilir. Eyni zamanda Mehriban xanım Əliyevanın “Eurovision” mahnı müsabiqəsi üzrə Təşkilat Komitəsinin rəhbəri olaraq, bu mötəbər Avropa musiqi yarışmasının uğurla keçirilməsini təmin etdiyi vurğulanır.

Mehriban xanım Əliyevanın xarici fəaliyyətlərinə gəlincə, burada Heydər Əliyev Fondunun xətti ilə humanitar aksiyalara nəzər salınır. Bu xüsusda Rusiya, Pakistan və digər ölkələrdə peyvənd aksiyaları, açıq ürək əməliyyatları, Pakistanda Göz Xəstəxanasına və Talassemiya Mərkəzinə ianələr, qan donorluğu aksiyaları misal çəkilir. Həmçinin Fondun Rumıniya, Haiti, Pakistan və dünyanın digər yerlərində baş vermiş təbii fəlakətlərdən əziyyət çəkən insanlara yardım əlini uzatdığı qabardılır.

Sonra zəngin milli musiqi irsimizin dünya miqyasında tanıdılması yönündəki töhfələri ilə yanaşı, Heydər Əliyev Fondunun qlobal bəşəri dəyərlər, sülh və tolerantlıqdakı roluna diqqət yetirilir. Bu məqamda oxucuların diqqətinə çatdırılır ki, tolerantlıq və sülh dəyərlərini üstün tutan sözügedən Fond qlobal səviyyədə fərqli mədəniyyət və dinlər arasında dialoq və əməkdaşlıq formatının intişar etməsində səylərini əsirgəmir, bu məqsədlə mühüm beynəlxalq tədbirlər təşkil edir. Fransa, Almaniya, İtaliya və digər ölkələrin maddi-mədəni dəyəri sayılan tarixi abidələrin təmirində yaxından iştirak edib. 

Məqalələrin yekun hissələrində Mehriban xanım Əliyevanın çoxşaxəli və yorulmaz fəaliyyətindən əmələ gələn dəyərli iş və töhfələrinin ona UNESCO və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri adını, habelə Fransa, Pakistan, Polşa, Serbiya kimi ölkələrin ali dövlət ordenlərini, eləcə də Dünya Səhiyyə Təşkilatının mükafatını, UNESCO-nun “Qızıl Motsart” medalını, “Qızıl ürək” beynəlxalq mükafatını qazandırdığı önə çəkilir. Birləşmiş Ərəb Əmirliklərində dərc olunan məqalələrlə aşağıdakı linklərdən tanış olmaq olar.

http://arabic.arabianbusiness.com/lifestyle/2016/aug/25/420650/

http://www.foochia.com/celebrities/114892

http://www.middle-east-online.com/?id=231442  


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Koronavirus Azərbaycanda: son 24 saatda 61 yeni yoluxma olub

Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb

Bir ildə Azərbaycanda 660 uşaq övladlığa götürülüb

Azərbaycanlı inanclı gənclər koronavirusla bağlı maraqlı təşəbbüs irəli sürüblər

Azərbaycan neftinin qiyməti artıb

Dağlıq Qarabağın azərbaycanlı icması qondarma "seçkilərlə" bağlı bəyanat yayıb

Azərbaycanla Rusiya arasında hava uçuşları və dəmiryol daşımaları dayandırılıb

Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın müddəti uzadılıb

Azərbaycanda koronavirusa yoluxanların sayı 298-ə çatıb, 5 nəfər vəfat edib

Operativ Qərargah xarici ölkələrin Azərbaycandakı diplomatlarına müraciət edib

Operativ Qərargah: Azərbaycanda koronvirusa yoluxma dinamikası gündəlik artmaqdadır

AB Azərbaycanın işğal olunmuş ərazilərindəki "seçki"ləri tanımır

XİN: Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi heç bir hüquqi qüvvəyə malik deyil

Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Azərbaycan Texniki Universiteti onlayn dərslərə start verib

Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olunub

01 Aprel 2020, 18:00 (GMT +4)
Bu il ARDNF-ə “Şahdəniz”dən 100 mln. ABŞ dollarınadək vəsait daxil olub

01 Aprel 2020, 17:51 (GMT +4)
Londonda koronavirusdan Somalinin sabiq baş naziri vəfat edib

01 Aprel 2020, 17:48 (GMT +4)
Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər veriləcək

01 Aprel 2020, 17:40 (GMT +4)
Gürcüstan hökuməti 3 ay ərzində vətəndaşların kommunal borclarını ödəyəcək

01 Aprel 2020, 17:34 (GMT +4)
Göygöldə subartezian quyularının qazılmasına 700 min manat ayrılıb

01 Aprel 2020, 17:27 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 1720-ə çatıb

01 Aprel 2020, 17:23 (GMT +4)
Tramp koronavirus haqqında məlumatları gizlədiyini etiraf edib

01 Aprel 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçirəcək

01 Aprel 2020, 17:00 (GMT +4)
UNEC onlayn idarəetməyə keçib

01 Aprel 2020, 16:38 (GMT +4)
İraqda koronavirusa görə 600 məhbus azad edilib

01 Aprel 2020, 16:38 (GMT +4)
Rusiya alimləri COVID-19-u məhv etmək üçün üsul tapıb

01 Aprel 2020, 16:30 (GMT +4)
Nazirlik: Mənbəyi bəlli olmayan məlumatları sosial şəbəkələrədə bir-birinizə ötürməyin

01 Aprel 2020, 16:20 (GMT +4)
Tramp Rusiya və Səudiyyə Ərəbistanının neftlə bağlı danışıqlar keçirəcəyini açıqlayıb

01 Aprel 2020, 16:17 (GMT +4)
İsmayıllıda vətəndaşların dərmana olan ehtiyyacları təmin edilir

01 Aprel 2020, 16:11 (GMT +4)
“ASAN xidmət” vətəndaşlara pozitiv mesaj ötürüb (VİDEO)

01 Aprel 2020, 16:00 (GMT +4)
Dövlət Neft Fondu mart ayında satılan vəsaitin həcmini açıqlayıb

01 Aprel 2020, 15:50 (GMT +4)
Rumıniyada koronavirusa yoluxan 85 nəfər ölüb

01 Aprel 2020, 15:30 (GMT +4)
Operativ Qərargah: 4518 nəfər karantindədir, 35 minə yaxın test aparılıb

01 Aprel 2020, 15:24 (GMT +4)
Əfqanıstanda partlayış nəticəsində 8 nəfər həyatını itirib

01 Aprel 2020, 15:10 (GMT +4)
Ermənistanda koronavirusdan ölənlərin cəsədlərin yarılması qadağan edilib

01 Aprel 2020, 15:07 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

01 Aprel 2020, 14:43 (GMT +4)
Mart ayı ərzində 278 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

01 Aprel 2020, 14:35 (GMT +4)
BMT inkişaf etməkdə olan ölkələrin koronavirusdan bərpası üçün ehtiyac olan vəsaitin məbləğini açıqlayıb

01 Aprel 2020, 14:21 (GMT +4)
Koronavirus Azərbaycanda: son 24 saatda 61 yeni yoluxma olub

01 Aprel 2020, 14:14 (GMT +4)
AQTA: Normadan artıq şəkər istehlakı immun sistemini zəiflədir

01 Aprel 2020, 14:11 (GMT +4)
İranda 47 min koronavirus xəstəsindən 15 mini sağalıb

01 Aprel 2020, 13:55 (GMT +4)
ABŞ-da koronavirusdan ölən xəstələrin sayı 4 mini ötüb

01 Aprel 2020, 13:50 (GMT +4)
Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb

01 Aprel 2020, 13:40 (GMT +4)
Bir ildə Azərbaycanda 660 uşaq övladlığa götürülüb

01 Aprel 2020, 13:20 (GMT +4)
Azərbaycanlı inanclı gənclər koronavirusla bağlı maraqlı təşəbbüs irəli sürüblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66