Alma-Ata polisi antiterror əməliyyatının keçirilməsi barədə məlumat verib18 İyul 2016, 12:10 (GMT +4) Bakı, 18 iyul, SalamNews, C.Nəzərov. Qazaxıstanın Alma-Ata şəhərində antiterror əməliyyatına başlanılıb.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə ölkə Daxili İşlər Nazirliyinin şəhər departamentinin mətbuat xidmətindən məlumat verilib.
“Alma-Ata şəhəri ərazisində antiterror əməliyyatının keçirilməsi barədə elan edilib. Bununla əlaqədar hər kəsi evlərini tərk etməməyə, insanların kütləvi toplaşdıqları yerlərdən uzaq durmağa çağırırıq.”, - məlumatda deyilir.
Bundan başqa, polis bütün şübhəli şəxslər haqqında hüquq mühafizəçilərinə məlumat verməyi, o cümlədən polis və güc strukturları əməkdaşlarının fəaliyyətinə anlayışla yanaşmağı xahiş edib.
İdarənin mətbuat xidmətindən vəziyyətdə baş verən bütün dəyişikliklər barədə ictimaiyyətə əlavə olaraq məlumat veriləcəyi qeyd edilir.
Bundan əvvəl Alma-Atanın mərkəzində silahlı hücum nəticəsində iki polisin öldüyü, şəhərin bir neçə rayonunda da atışmanın qeydə alındığı bildirilib.
|