Qazaxıstanda ölkənin ən gözəl məscid binası müəyyənləşdirilib 12 İyul 2016, 16:23 (GMT +4) Bakı, 12 iyul, SalamNews, Ş.Nəzərli. Qazaxıstanda iki mərhələdə keçən müsabiqə nəticəsində ölkənin 2016-cı il üçün ən gözəl məscid binası müəyyənləşdirilib.
SalamNews Rusiya saytlarına istinadla xəbər verir ki, əvvəlcə şəhərlərdə, sonra rayonlarda ən gözəl islam məbədlərinin seçkisi olub.
Məscidlər arasında özünəməxsus "gözəllik yarışması"nın qalibi Jesıtay şəhərinin “Nuqman” məscidi hesab edilib.
Müsabiqəni Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi təşkil edib. Məqsəd rayon, şəhər, kənd məscidlərinin xidmət səviyyəsinin, məscid imamları arasında təcrübə mübadiləsinin, həmçinin paklığın artırılmasına yardım etmək olub.
|