“ADY Express”in pavilyonu Bakıda keçirilən sərgidə daha çox ziyarətçi toplayıb13 May 2016, 13:12 (GMT +4) Bakı, 13 may, SalamNews. Bakıda 15-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi işini yekunlaşdırıb. Sərgidə yerli və xarici eksponentlər dəmir yolu, dənizçilik, aviasiya, nəqliyyat-logistika və infrastuktur sahəsinə aid imkanlarını nümayiş etdirib.
SalamNews xəbər verir ki, beynəlxalq tədbirdə bir çox dövlət şirkətləri ilə yanaşı nəqliyyat, logistika, yükdaşımalar sahəsində fəaliyyət göstərən “ADY Express” MMC-də öz stendi ilə təmsil olunmuşdur. “ADY Express”-in pavilyonuna maraq olduqca böyük olub. Yükdaşımalarla məşgul olan bir çox xarici və yerli şirkətlər “ADY Express”-in təklif etdiyi nəqliyyat marşrutlarına, yüklərin çatdırılma vaxtı və tariflərilə maraqlanıblar, işbirliyi təklif ediblər.
“ADY Express”-in stendi sərginin ən çox ziyarət olunan stendi olub. Bu haqda sərgi təşkilatçıları şirkətin nümayəndələrinə sertifikat da təqdim ediblər.
Qeyd edək ki, 15-ci yubiley “TransCaspian” sərgisi dünyanın müxtəlif ölkələrini təmsil edən 75 şirkəti bir arada toplamışdı. Sərgi iştirakçılarının 40 %-ni debütantlar təşkil edib.
|