Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Statistika Komitəsi zona müşavirələrinə start verib 

13 May 2016, 09:33 (GMT +4)

Bakı, 13 may, SalamNews.  Abşeron rayonu Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirilib.

Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xırdalan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Müşavirədə Abşeron, Qubadlı, Zəngilan və Xızı rayonlarının yerli icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak ediblər.

Müşavirənin keçirilməsinin başlıca məqsədi Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi və aparılması ilə bağlı məsul şəxslərin təlimatlandırılmasıdır.

Zona müşavirəsində çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin bütün iqtisadi sahələri, o cümlədən kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə aparılan irihəcmli işlərdən biri də kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan və kənd yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir. Belə ki, 1934-cü ildən ciddi dəyişiklik edilmədən tətbiq olunan "Təsərrüfatbaşına kitab" və digər uçot formaları hazırlanarkən göstəricilər sistemləşdirilib, bir çox uyğunsuzluqlar aradan qaldırılıb, eyni zamanda əhalinin ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan məhsullara dair yeni məlumatların əldə olunması zərurəti nəzərə alınıb. Belə ki, cari uçot sənədinə təsərrüfatın mülkiyyətində və istifadəsində olan kənd təsərrüfatı texnikası ilə bağlı yeni bölmənin, mal-qara və quşların bölgüsünə dair yeni göstəricilərin əlavə edilməsi əvvəllər seçmə statistika müşahidələri əsasında toplanan, region və ölkə səviyyəsində müxtəlif metodlarla qiymətləndirilən məlumatların indi bütün təsərrüfatlar üzrə ilkin mənbədən əldə edilməsinə imkan verəcək. Ən əsası isə torpaqların suvarılmasında istifadə olunan mənbələr, əkin üçün nəzərdə tutulmuş torpaqların bitkiçilik məhsulları üzrə bölgüsü haqqında ilkin uçotun aparılması vəzifəsi qarşıya qoyulub ki, bu da torpaqlardan istifadə və məhsul yığımı ilə bağlı daha dəqiq məlumatların əldə edilərək rəhbər orqanlara və digər istifadəçilərə təqdim edilməsi məqsədini daşıyır.

Qeyd olunub ki, yeni uçot sənədlərinin vaxtında və yüksək keyfiyyətlə tətbiq edilməsi kənd təsərrüfatının və ölkə iqtisadiyyatının inkişafına dair qərarların qəbulu üçün dəqiq məlumatların hazırlanmasına imkan verəcək, hər bir təsərrüfat üzrə məlumatların toplanması dövlət dəstəyinin daha ünvanlı şəkildə göstərilməsinə yardım edəcək, məlumatların birbaşa mənbədən əldə edilməsi ölkə əhalisinin ərzaq məhsulları ilə təminat səviyyəsinin daha ətraflı öyrənilməsinə xidmət edəcək, rəqabət qabiliyyətli məhsulların müəyyən olunmasına, ölkənin ixracat potensialının qiymətləndirilməsinə nail olunacaq. Həmçinin, kənd təsərrüfatı məhsullarının maya dəyərinə suvarılma və texnika ilə bağlı xərclərin təsirini qiymətləndirmək də mümkün olacaq,torpaqdan istifadənin səmərəliliyi ilə bağlı yeni məlumatlar əldə ediləcək, strateji bitkiçilik məhsullarının istehsalı və torpaqlardan istifadə ilə bağlı vəziyyəti hər ilin əvvəlində qiymətləndirmək və ölkə rəhbərliyini öncədən məlumatlandırmaq mümkün olacaq. Kənd əhalisinin demoqrafik vəziyyəti, miqrasiyası öyrəniləcək,kənd əhalisinin mənzil-məişət şəraiti qiymətləndiriləcək. Eyni zamanda uçot sənədlərinin tətbiqi ilə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin üzərinə düşən statistik yük azaldılacaq.

Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə bir sıra mühüm tədbirlər də həyata keçiriləcək. Bu tədbirlərəuçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir. Uçot sənədlərinin məlumatları statistika orqanlarında və digər aidiyyəti dövlət qurumlarında mövcud olan məlumat bazalarına inteqrasiya olunacaq, statistika orqanlarına təqdim edilmiş müxtəlif statistika hesabatlarının məlumatlarının dürüstlüyünün yoxlanılmasında istifadə olunacaq. Bu məlumatlardan kənd təsərrüfatı və əhali siyahıyaalınmalarında, eləcə də seçici siyahılarının dəqiqləşdirilməsində istifadə ediləcək, torpaqlardan səmərəli istifadə, məhsuldarlığın qiymətləndirilməsi və digər məlumatlar torpaq sahələrinə dair peyk məlumatları ilə uzlaşdırılacaq.

Kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydaları slaydlar vasitəsilə tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edərək təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifələrini diqqətə çatdırıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başcısı İradə Gülməmmədova isə rayonun sosial, iqtisadi göstəriciləri, görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Onuda qeyd edək ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri 12-19 may tarixlərində Quba, Lənkəran, Salyan, Şamaxı, Qəbələ, Şəmkir, Göygol, Şəki, Bərdə, Yevlax, İmişli rayon və şəhərlərində keçirilməklə bütün regionları əhatə edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSK-nın əməkdaşları Koreyada təşkil edilən təlimdə iştirak edirlər

DSK: Birinci rübdə hava nəqliyyatı ilə 477,7 min sərnişin daşınıb

DSK: Əmtəəlik qaz hasilatı 36% artıb

DSK sədri Tahir Budaqov UNFPA-nın regional direktoru ilə görüşüb

DSK: İki ayda dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox olub

DSK: Yanvar-fevral aylarında əsas kapitala 1,7 milyard manat yönəldilib

DSK: Keçən il ölkədə 2 min 910 istixana fəaliyyət göstərib

DSK: Ölkədə 23,2 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub

DSK: Yanvarda hava nəqliyyatı ilə 163 mindən çox sərnişin daşınıb

DSK: Cinayət törətmiş şəxslərin 86%-i heç yerdə işləməyən və oxumayanlar olub

DSK: Ötən il balıqçılar tərəfindən kvota üçün 84,8 min manat ödənilib

DSK ilə FAO arasında əməkdaşlıq məsələləri genişləndirilir

Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib

DSK təmsilçiləri yüksək səviyyəli seminarda iştirak edirlər

DSK-nın nümayəndələri Cenevrədə keçirilən beynəlxalq tədbirlərə qatılıblar

Bakı-Yessentuki-Kislovodsk avtobus reysi həyata keçiriləcək

Dövlət Statistika Komitəsinin əməkdaşları Cenevrədə keçirilən seminara qatılıblar

Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında danışıqlar aparılıb

Dövlət Statistika Komitəsiyanında Statistika Şurasının yeni tərkibi təsdiqlənib

Dövlət Statistika Komitəsi zona müşavirələrinə başlayıb

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66