Özbəkistanda aşırımda baş verən sürüşmə nəticəsində 5 nəfər ölüb05 May 2016, 11:51 (GMT +4) Bakı, 5 may, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Özbəkistanın şərqində yerləşən Kamçik aşırımında baş verən sürüşmə nəticəsində 5 nəfər ölüb.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə ölkə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
“Mayın 4-də təxminən saat 14:00-da Kamçik aşırımında (Daşkənd-Oş avtomobil yolunun 223-cü kilometri) 13,3 min kubmetr kütləli sürüşmə baş verib. Sürüşmə kütləsi altında iki avtomobil qalıb. 5 nəfər ölüb. Vaxtında görülən tədbirlər nəticəsində 6 nəfər xilas edilib. Xəsarət alanlara və ölənlərin ailələrinə bütün lazımi yardım göstərilib.”, - məlumatda deyilir.
|