Gürcüstanda 79 məscid müsəlmanlara qaytarılıb25 Fevral 2016, 14:58 (GMT +4) Bakı, 25 fevral, SalamNews, Ş.Nəzərli. Son iki ildə Gürcüstanda 79 məscid ölkə müsəlmanlarına qaytarılıb.
SalamNews xəbər verir ki, bu barədə dumsk.com saytı yazıb.
Gürcüstanın dini məsələlər üzrə dövlət agentliyinin rəhbəri Zaza Başaxmadze bildirib ki, keçən il ölkənin müsəlman icmalarına 2 milyon lari (təqribən 890 min dollar) vəsait ayrılıb. Bu pullar din xadimlərinin məvacibinə, din ocaqlarının təmirinə, icmaların məişət xərclərinə və xeyriyyə məqsədlərinə sərf olunub. Müxtəlif mənbələrin məlumatına görə, müsəlmanlar hazırda Gürcüstan əhalisinin 10-13 faizini təşkil edir.
|