Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Elmar Qasımov Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib

25 Fevral 2016, 14:23 (GMT +4)

Bakı, 25 fevral, SalamNews. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 16-20 fevral 2016-cı il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib.

BANM-dan SalamNews-a verilən məlumata görə, rektor Elmar Qasımov sözügedən Sammitin Türk dünyasında ali təhsil müəssisələrinin beynəlmiləlləşdirilməsi adlı panelində “Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Rektor Elmar Qasımov səfər çərçivəsində bir sıra mühüm görüşlər də keçirib. Belə ki, rektor Elmar Qasımov Yıldız Texniki Universitetinin rektoru Prof. Dr. İsmayıl Yükseklə görüşərək hər iki ali təhsil müəssisəsi arasında Elektrik mühəndisliyi və elektronika ixtisası üzrə gələcəkdə birgə mütəxəssis hazırlığının təşkili barədə müzakirə aparıb və bu barədə tərəflər arasında ilkin razılıq əldə olunub. Görüşdə, həmçinin rektorun başçılıq etdiyi nümayəndə heyətinin cari ilin aprel ayında Bakıya səfəri məsələləri müzakirə edilib.

Elmar Qasımov səfər çərçivəsində sərgidə iştirak etmiş bir sıra qurumların – Avropa Tələbə Xidmətləri Mərkəzi, DAAD, Study in Turkey, Study Portal və Mezun təşkilatlarının nümayəndələri ilə də görüşlər keçirib.

Bu qurumlar əcnəbi tələbələrin müxtəlif ölkələrdə təhsilinin təşviqi sahəsində ixtisaslaşıblar və onlarla tələbə mübadiləsi imkanları barədə müzakirələr aparılıb.
Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti və İstanbul Aydın Universitetinin rektoru, Dr. Mustafa Aydınla görüşündə rektor Elmar Qasımov EURAS çərçivəsində ali təhsil müəssisələri ilə tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində ətraflı müzakirələr aparıb.

Xatırladaq ki, Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitinin məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Sakit Okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılmasıdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BANM-in 9 yaşı tamam olur

BANM və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb

BANM-də “Google”un Proqramçı Tələbələr Klubu yaradılacaq

BANM “Neft-qaz mühəndisliyi” ixtisası üzrə sənəd qəbulu elan edib

BANM-ın 2 tələbəsi diplomsuz ABB şirkətinə işə qəbul olub

BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

BANM-də buraxılış işlərinin onlayn müdafiəsinə başlanılıb

BANM-də onlayn final imtahanları davam edir

BANM-ın MBA tələbələri qlobal biznes plaformasında fərqləniblər

Elmar Qasımov BANM-in Avropada təhsil alan tələbələri ilə onlayn görüş keçirib

BANM-in daha 6 tələbəsi diplomsuz işə qəbul olub

BANM-ın 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb

BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib

BANM-in əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara təşəkkür edib

BANM onlayn imtahanlarda plagiatçılığa qarşı Şərəf Kodeksi hazırlayıb

BANM-in tələbələri qlobal distant təhsil proqramının sertifikatlarını qazanıb

BANM dinləyici qəbulu elan edib

BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

BANM-in tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

01 Dekabr 2020, 17:55 (GMT +4)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb

01 Dekabr 2020, 17:43 (GMT +4)
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib

01 Dekabr 2020, 17:36 (GMT +4)
ARDNF valyuta hərraclarındakı satışını 17% artırıb

01 Dekabr 2020, 17:25 (GMT +4)
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq

01 Dekabr 2020, 17:22 (GMT +4)
İraqı qorumaq üçün Amerika qoşunlarına ehtiyacımız yoxdur - Deputat

01 Dekabr 2020, 17:12 (GMT +4)
Azərbaycanın 5 şahmatçısı FIDE reytinqində irəliləyib

01 Dekabr 2020, 16:56 (GMT +4)
Gəncə məktəblisi beynəlxalq yarışmada bürünc medal qazandı!

01 Dekabr 2020, 16:45 (GMT +4)
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb

01 Dekabr 2020, 16:32 (GMT +4)
Prezident: "Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”

01 Dekabr 2020, 16:28 (GMT +4)
Şabranda yaşadıqları evi tərk edən COVID-19 xəstələri müəyyən edilib

01 Dekabr 2020, 16:18 (GMT +4)
AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirib (FOTO)

01 Dekabr 2020, 16:04 (GMT +4)
Kabildə partlayışlar planlayan terror qrupu ələ keçib

01 Dekabr 2020, 15:50 (GMT +4)
TƏBİB Laçın rayonunun səhiyyə statistikasını açıqlayıb

01 Dekabr 2020, 15:33 (GMT +4)
Dekabrın 2-dən hansı şəxslərin səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəyi məlum olub

01 Dekabr 2020, 15:25 (GMT +4)
Azərbaycanda pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır

01 Dekabr 2020, 15:10 (GMT +4)
Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzalayıb

01 Dekabr 2020, 15:00 (GMT +4)
İranda nüvə sazişinin öhdəliklərilə bağlı hökumətlə parlament arasında fikir ayrılığı yaranıb

01 Dekabr 2020, 14:57 (GMT +4)
Mehriban Əliyeva Laçının azad olunması münasibətilə xalqı təbrik edib

01 Dekabr 2020, 14:43 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

01 Dekabr 2020, 14:20 (GMT +4)
Mingəçevirdə karantin postunda COVID-19 xəstələri saxlanılıblar

01 Dekabr 2020, 14:08 (GMT +4)
Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

01 Dekabr 2020, 13:50 (GMT +4)
YUNESKO torpaqşünas alimin tədqiqatları ilə bağlı AMEA prezidentinə müraciət edib

01 Dekabr 2020, 13:38 (GMT +4)
İran Suriya-İraq sərhədində Sepah komandirlərindən birinin ölməsi xəbərini təkzib edib

01 Dekabr 2020, 13:33 (GMT +4)
Azərbaycanda "Zərərçəkmiş ailələrə humanitar yardım" aksiyası başa çatıb

01 Dekabr 2020, 13:24 (GMT +4)
Azərbaycan Prezidenti düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarını açıqlayıb

01 Dekabr 2020, 13:11 (GMT +4)
Astarada torpağa basdırılmış narkotik aşkarlanıb

01 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

01 Dekabr 2020, 12:50 (GMT +4)
Prezident İlham Əliyev üçtərəfli bəyanatın detallarını ilk dəfə şərh edib

01 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalanıb

01 Dekabr 2020, 12:30 (GMT +4)
Dövlət başçısı: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66