Xanım Zeynəbin (ə) mövludu ilə bağlı Gürcüstanda silsilə tədbirlər keçirilir16 Fevral 2016, 09:18 (GMT +4) Bakı, 16 fevral, SalamNews. Bu günlər İslam Peyğəmbərinin (s) əziz nəvəsi, İmam Əlinin (ə) və Həzrət Zəhranın (s.ə) qızı, İmam Həsən və Hüseynin (ə) bacısı, Kərbəlanın böyük qəhrəmanı Zeynəbi-Kübranın (s.ə.) mübarək mövlud gününə təsadüf edir. Bu münasibətlə Gürcüstanda sisilə tədbirlər keçirilir.
Bu barədə SalamNews-a Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məlumat verib.
Onun sözlərinə görə, “Müsəlman Qadınlar İcması” Tbilisi “Cümə” məscidininin mərasim salonunda mövlud mərasimi düzənlənib. Mərasimdə Qurani-kərimin tilavətindən sonra Hz. Zeynəbin (s.ə) həyatından, fəzilət və məqamından söhbətlər edilib. Xanımın (s.ə) səbri, fədakarlığı və həyası ilə qadınlara örnək olmasından, o xanımın xüsusi ilə Kərbəla vaqiəsində göstərdiyi əvəzsiz xidmətlərindən danışılıb.
|