Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Xanım Zeynəbin (ə) mövlud günüdür

14 Fevral 2016, 12:23 (GMT +4)

Bakı, 14 fevral, SalamNews. Bu gün İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərini dünyaya çatdıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Həzrət xanım Zeynəbin (ə) mövlud günüdür.

SalamNews-un məlumatına görə, hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin qızı xanım Fatimeyi Zəhranın (ə) evində bir qız uşağı dünyaya gəlir. Həzrət Peyğəmbər (s) yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur.

"Zeynəb" kəlməsi ərəb leksikasında "atanın zinəti" anlamına gəlir.

Həzrət Zeynəb (ə) beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşayıb. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda ətraflı qeyd olunub.

Mənbələrdə xanım Zeynəb(ə) son dərəcə dözümlü, güclü və səbirli qadın kimi xatırlanır. Kərbəlada İmam Hüseyn (ə) və əshabına qarşı törədilmiş cinayətlərin sonradan dünyaya çatdırılmasında da xanım Zeynəbin (ə) müstəsna rolu olub.

Bu mübarək mövlud günü münasibətilə bütün möminləri, xüsusilə də xanımları təbrik edirik!



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün Həzrət İmam Həsənin (ə) mövlud günüdür

Bu gün Həzrət Xədiceyi-Kübranın (ə) vəfat günüdür

Bu gün 12-ci İmam Həzrət Mehdinin (ə) mövlud günüdür

Bu gün İmam Hüseynin (ə) mövlud günüdür

Nəcəfdə İmam Əlinin (ə) mövluduna hazırlıqlar görülür (FOTO)

Rəcəb ayının biri imam Məhəmməd Baqirin (ə) mövlud günüdür

Mövlud Çavuşoğlu: Türkiyə və İran qarşılıqlı ticarətin 30 milyarda çatdırılmasına çalışır

İranda xanım Fatimənin (s.ə) mövludu münasibəti ilə 975 qadın məhbus azad edilib

İmam Əlinin (ə) hərəmi Həzrət Fatimənin (s.ə) şəhadəti günündə (VİDEO)

Həzrət Fatimənin (s.ə) şəhadətilə bağlı əzadarlıq günləri qeyd edilir

Bu gün Xanım Zeynəbin (s.ə) mövlud günüdür

Yusif Peyğəmbərin (ə) məzarı yaxınlığında qarşıdurmada fələstinlilərdən ölən və yaralananlar var

Məkkə və Mədinədə koronavirüs pandemiyasına aid bütün məhdudiyyətlər ləğv edilib

Bu gün İmam Həsən Əskərinin (ə) mövlududur

Dəməşqdə Həzrət Zəynəbin (s.ə) yeni zərihinin açılışı olub (VİDEO)

İranda Peyğəmbərin (s) mövludu günü iğtişaşları pisləyən geniş aksiyalar keçirilib (FOTO)

Ayətullah Xamenei: Peyğəmbərin (s) mövludu təkcə bayram etmək deyil, nümunə götürməkdir

Bu gün Məhəmməd Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlududur

İranda Peyğəmbərin (s) mövludu münasibətilə 1,862 məhbus əfv edilib

Kərbəla Məhəmməd Peyğəmbərin (s) mövludu ərəfəsində (VİDEO)


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66