Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Tahir Budaqov: "Tvinninq layihəsinin icrasına 40-dək beynəlxalq mütəxəssis cəlb ediləcək" (FOTO)

27 Yanvar 2016, 10:31 (GMT +4)

Bakı, 27 yanvar, SalamNews, A.Bayramova. Bakıda "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsinin təqdimatı mərasimi keçirilib.

Salamnews xəbər verir ki, tədbiri giriş sözü ilə açmış Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, bu sayca ikinci tvinninq layihəsidir və Avropa İttifaqi ilə birgə həyata keçirilir.

Komitə sədri bildirib: "İlk layihə 2009-2012-ci illəri əhatə edib və Almaniya, Bolqarıstan, Çexiya və Niderlandın statistika orqanları bu layihəyə cəlb olunub. Layihədən əsas məqsəd isə Azərbaycan statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasıdır. Layihənin icrasına 40-dək beynəlxalq mütəxəssis cəlb ediləcək".

T.Budaqov bu layihənin statistika komitəsinin işinə fayda verəcəyinə ümid bəslədiyini ifadə edib.

O bildirib ki, layihənin idarəetmə Komitəsi artıq yaradılıb, Komitənin üzvləri rübdə bir dəfə toplaşaraq ümumi vəziyyəti qiymətləndirəcəklər. Layihənin müddəti 24 ay, büdcəsi isə 1,2 milyon avrodur.

Statistika Komitəsinin sədri sonda əlavə edib ki, Azərbaycan Prezidenti bu gün layihənin qonaqlarını qəbul edərkən statistik göstəricilərin dolğun və obyektiv əldə edilməsinin önəmini vurğulayıb.

Daha sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard çıxış edib.

O, Azərbaycanla gələcək əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirib və bu tipli layihələrin əhəmiyyətindən danışıb: "Çox uğurlu bir tvinninq layihəsi icra ediləcək. Bu sahədə hər şey keyfiyyətli əməkdaşlıqdan asılıdır. Biz bilirik ki, bu, həm Avropa İttifaqı, həm də Azərbaycan üçün mühüm keçiddir. Ümid edirəm ki, bu layihə Avropa İttifaqının Azərbaycanda bu sahədə həyata keçirdiyi ikinci uğurlu layihə kimi Brüsseldə qiymətləndiriləcək. Təkmilləşdirilmiş məlumat mənbələri, düzgün statistika metodları, yeni texnologiyalar və gücləndirilmiş statistika sistemləri daha yaxşı məlumat təmin edəcəkdir ki, bu da hər birimizin həyatını daha da yaxşılaşdıracaq daha yaxşı qərarların verilməsinə imkan yaradacaq".

Konfransda bir çox nazirliklərin rəhbərləri, komitə sədrləri , xarici statistika institutlarının rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və millət vəkilləri iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gündən "Virtual məktəb" layihəsi başlayıb

“ABAD” yeni sosial layihəyə start verib

“Günay Sığorta” sosial layihəni davam etdirir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir (VİDEO)

İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC yeni sosial layihəyə start verib

Nazirliyin təşkilatçılığı ilə yeni layihəyə start verilir

Nazir: Bakı Şəhər Mədəniyyət Baş İdarəsi sosial layihələr həyata keçirməyə başlayıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi yeni sosial layihəyə başlayır

“Azersun Holding” növbəti sosial layihə həyata keçirib

“Plastiksiz Dünya” adlı layihə keçirilib

“İdeyanı Reallaşdır” – gənclərin fərdi layihə müsabiqəsinə start verilib

Dünya Bankı “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiqləyib

“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi baş tutub

Prezident: “Cənub Qaz Dəhlizi layihəsi əsasında əməkdaşlığın nadir formatı yaradılıb”

Erasmus+ proqramı çərçivəsində "Start it UP, Keep it UP" layihəsi baş tutub

Bakının Baş Planın yekun layihəsi ilin sonunadək hökumətə təqdim ediləcək

BŞTİ “Könüllülər ili” ilə bağlı yeni layihəyə start verib

“Könüllü Başlanan Uğurlu Yol” layihəsi başa çatıb

Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib

Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb

05 Aprel 2020, 19:37 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan daha 2 nəfər vəfat edib

05 Aprel 2020, 18:14 (GMT +4)
Deputat: Xəstələrlə ünsiyyətdə olan insanlar üçün sığorta mexanizmi tətbiq olunmalıdır

05 Aprel 2020, 17:21 (GMT +4)
Azərbaycanda yarım milyona yaxın insan evdən çıxmaq üçün SMS göndərib

05 Aprel 2020, 15:31 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 584-ə çatıb

05 Aprel 2020, 15:24 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 63 nəfərdə koronavirus aşkarlanıb

05 Aprel 2020, 15:15 (GMT +4)
Elvin Abbasov: İT şirkətlərinin əməkdaşlarına hərəkət məhdudiyyəti qoyulmamalıdır

05 Aprel 2020, 14:30 (GMT +4)
“Ailə TV” karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib

04 Aprel 2020, 22:54 (GMT +4)
Taksi sürücülərinin fəaliyyətinə hansı halda icazə veriləcəyi məlum olub

04 Aprel 2020, 22:30 (GMT +4)
İndiyədək Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib

04 Aprel 2020, 18:48 (GMT +4)
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye

04 Aprel 2020, 17:30 (GMT +4)
SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı yeni rolik hazırlanıb

04 Aprel 2020, 17:10 (GMT +4)
İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib

04 Aprel 2020, 17:04 (GMT +4)
KİVDF-yə yeni İcraçı direktor təyin edilib

04 Aprel 2020, 17:00 (GMT +4)
DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

04 Aprel 2020, 16:59 (GMT +4)
Vüqar Səfərli vəzifəsindən azad edilib

04 Aprel 2020, 16:57 (GMT +4)
Şotlandiyada COVID-19-a yoluxmadan qocalar evində 13 nəfər ölüb

04 Aprel 2020, 16:45 (GMT +4)
Bölgələr üzrə avtobuslarda sərnişin sıxlığının azaldığı və artdığı ərazilər açıqlanıb

04 Aprel 2020, 16:27 (GMT +4)
Küveytdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

04 Aprel 2020, 16:22 (GMT +4)
İraqda hökuməti formalaşdıracaq siyasətçi parlamentin taleyüklü qərarını gözləyir

04 Aprel 2020, 16:10 (GMT +4)
Hərbi jurnalist Şəmistan Əlizamanlı ilə Aprel döyüşləri xatırlanacaq

04 Aprel 2020, 15:58 (GMT +4)
Tramp COVID-19 xəstəsi ilə mümkün təmasın onun üçün əhəmiyyətli olmadığını bildirib

04 Aprel 2020, 15:41 (GMT +4)
Nazirlik: Bakı-Sumqayıt yolundan köçürülən ağacların inkişafına nəzarət olunur

04 Aprel 2020, 15:31 (GMT +4)
İspaniyada gün ərzində COVID-19-a 7000 yoluxma hadisəsi qeydə alınıb

04 Aprel 2020, 15:20 (GMT +4)
Səudiyyə Yəmən ərazisinə 15 aviazərbə endirib, bir ailənin 4 üzvü həlak olub

04 Aprel 2020, 15:10 (GMT +4)
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər

04 Aprel 2020, 14:58 (GMT +4)
Maduro ölkəni qorumaq üçün artilleriyanı səfərbər etməyi əmr edib

04 Aprel 2020, 14:48 (GMT +4)
Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxub

04 Aprel 2020, 14:30 (GMT +4)
AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

04 Aprel 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxan 55 min xəstədən 19 mini sağalıb

04 Aprel 2020, 14:07 (GMT +4)
Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə dəstək 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66