Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Iteca Caspian” 2015-ci ili uğurla başa vurub

14 Yanvar 2016, 16:01 (GMT +4)

Bakı, 14 yanvar, SalamNews. Cari ilin dekabr ayında Azərbaycanda növbəti sərgi və konfranslar mövsümü uğurla başa çatıb. 2015-ci il ərzində Xəzəryanı regionun aparıcı sərgi şirkəti olan “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkəti birlikdə 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil ediblər.

SalamNews xəbər verir ki, “Iteca Caspian” şirkətinin keçirdiyi bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Belə ki, ölkə başçısı bir sıra sərgiləri, o cümlədən “AITF”, “WorldFood Azerbaijan”, “Caspian Oil and Gas” və “Bakutel” sərgilərini ziyarət etmiş və bir sıra sərgilərin iştirakçılarına salamlama məktubu ünvanlamışdır. Həmçinin, bu sərgiləri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə, eləcə də Azərbaycan Respublikasının müvafiq sənaye nazirləri və nazir müavinləri ziyarət ediblər

2015-ci ildə keçirilən sərgiləri xarici ölkələri təmsil edən 70-dən çox yüksək rütbəli qonaq, o cümlədən London şəhərinin lord-meri cənab Alan Yarrou, Polşanın baş naziri cənab Yanuş Pexoçinski, İraqın neft naziri cənab Adil Əbdülmehdi Həsən Şuber, Belarus Respublikasının baş nazir müavini cənab Vladimir İliç Semaşko, Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini cənab Sergey Çıb, Belarus Respublikası səhiyyə nazirinin müavini cənab Valeri Şevçuk, Litva kənd təsərrüfatı nazirinin müavini cənab Vilius Martuseviçus, “Bulgargaz EAD” şirkətinin icraçı direktoru cənab Petyo İvanov, “Petronas” (Malayziya) şirkətinin prezidenti və icraçı direktoru cənab Van Zulkifli Van Ariffin, “TeliaSonera Eurasia” şirkətinin prezidenti cənab Per Emil Nilson, “Arianespace” şirkətinin rəhbəri və icraçı direktoru cənab Stefan İsrail və başqaları ziyarət ediblər.

2015-ci ildə Bakı şəhəri öz danılmaz beynəlxalq nüfuzunu - regionun işgüzar mərkəzi olduğunu təsdiq etdi. 2015-ci ilin sərgilərində dünyanın 65 ölkəsini təmsil edən 1883 şirkət, habelə Azərbaycan və yaxın ölkələrdən 45 mindən artıq ziyarətçi iştirak etmişdir. Sevindirici haldır ki, ümumi ekspozisiya sahəsinin təxminən 40%-ni yerli şirkətlərin stendləri tuturdu. 2015-ci ildə dünyanın 28 ölkəsi – Almaniya, Argentina, Avstraliya, Belarus, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Fransa, İran, İtaliya, İspaniya, İsrail, Çin, Latviya, Litva, Malayziya, Mərakeş, Maldiv Adaları, Monteneqro, Polşa, Rusiya, Sloveniya, Tailand, Türkiyə və Çexiya milli qruplarla iştirak etmişdir.

Sərgilərdə təmsil olunan şirkətlərin sayına görə Türkiyə, Rusiya Federasiyası və İtaliya müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutur. Bu ölkələrin beynəlxalq sərgilərdə iştirak xərclərinin qismən subsidiyalaşdırılması üzrə dövlət proqramına Azərbaycan sərgilərinin də daxil edilməsi bu fəallığa şərait yaradır.

2015-ci ildə layihələrin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların da rolu mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, bu il sponsorlar qismində ARDNŞ, “BP”, Qazax Sement Zavodu, “NB Group”, “Eurodesign”, “Bakcell”, “Stadler”, “Baker Hughes”, “Türkiye Petrolleri”, “Bos Shelf”, “AZFEN J.V.”, “Azeri M-I Drilling”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Caspian Pipe Coatings”, “Global Energy”, “RusNeft”, “Tekfen Construction”, “Inpex”, “Caspian Geophysical”, “Cross Caspian”, “Chelpipe”, “Dentons”, “Integraph”, “Nobel Oil Upstream”, “Schlumberger”, “Socar AQŞ”, “SOCAR Polymer”, “TAP” və “Total” şirkətləri, eləcə də Ukrayna Beynəlxalq Hava Yolları çıxış edib. 2015-ci ildə “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan sərgilərin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Greenwich Travel Club” (rəsmi turoperator) şirkətləri, “Jumeirah Bilgah Beach Hotel Baku” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), habelə “AzExpoMontage” (rəsmi montajçı) və Bakı Ekspo Mərkəzi yer alır.

Bütün bu müddət ərzində sərgilərin mühüm innovativ məqamları “Yeni məhsul” kataloqunda öz əksini tapıb. Bir çox iştirakçılar yeni məhsul və innovasiyaları bilavasitə istehsal prosesində nümayiş etdirmişdir ki bu da peşəkar auditoriyanın böyük marağına səbəb olmuşdur.

Sərgilərdə “Stadler Rail Group” şirkəti və “Azərbaycan Dəmir Yolları” QSC arasında müqavilə ilə yanaşı, “Azerspace-2” peykinin orbitə buraxılması haqqında “Azərkosmos” ASC və Fransanın “Arianespace” təşkilatı arasında da müqavilə imzalanmışdır. Həmçinin, hər bir sərgini geniş işgüzar proqram müşayiət etmiş və bu proqram çərçivəsində müxtəlif seminar və təqdimatlar, habelə forumlar keçirilmişdir. Bura Rusiyanın farmakoloji və səhiyyə sənayesinin “Rusiya – Azərbaycan: farmakologiya və səhiyyə sənayesi bu gün və sabah” mövzulu forum-sərgisi, “Aktual kardiologiya problemləri” mövzusunda konfrans, “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları” mövzusunda 9-cu elmi-praktiki konfrans, “Tibbi turizmin inkişafında Türkiyə Turizm Agentlikləri Assosiasiyası (“TURSAB”) və Azərbaycan arasında əməkdaşlığın rolu” mövzusunda konfrans və bir sıra digər tədbirlər daxildir.

Sərgilər işgüzar görüş və danışıqlarla yanaşı, təşkilatçıların bütün sərgi iştirakçıları və ziyarətçiləri üçün hazırladıqları əlamətdar tədbirlərlə də yadda qalıb. Belə ki, “AITF-2015” sərgisində Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya “Bakı 2015” Birinci Avropa Oyunlarının açılış mərasiminə biletlər təqdim olunub. “WorldFood Azerbaijan 2015” sərgisi çərçivəsində “Food Gallery by Nubar Hasanova” foto-sərgisi maraqlı və yeni hadisə olmaqla yanaşı, xarici iştirakçılar və paytaxt qonaqlarını Azərbaycanın mətbəx mədəniyyəti ilə tanış edib. “Caspian Oil and Gas” sərgisi üzrə VIP-turun gedişatında Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva rəssam İrina Eldarovanın “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda rəsm sərgisi ilə tanış olublar. Bu rəsm kolleksiyası Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 136 illiyinə həsr olunmuşdu. “Bakutel-2015” sərgisində isə London şəhərinin “Magic Circle” sirkinin tanınmış illüziolnisti sərgiyə gələn hər bir kəsə xoş anlar bəxş etmişdir.

Sərgilər və bu sərgilər çərçivəsində təşkil olunan bütün tədbirlər yerli KİV və beynəlxalq agentliklər tərəfindən geniş şəkildə işıqlandırılıb. 2015-ci ildə 345-dən çox mətbuat orqanı, o cümlədən 208 xarici jurnal və portal sərgilərə informasiya dəstəyi göstərib. Həmçinin, sərgilərin rəsmi “Daily News” qəzetinin 7 nömrəsi dərc edilib və hər bir sərgi ilə bağlı rəsmi kataloq nəşr olunub.

Həm eksponentlərin, həm də ziyarətçilərin rəyinə əsasən, sərgilər uğurla keçib. Təşkilatçıların il ərzində keçirdikləri rəy sorğusunun nəticələrinə görə, ziyarətçilərin 95%-i 2015-ci ildə keçirilmiş sərgilərdə mühüm görüşlər keçirib və sərgilərin nəticələrindən razı qalıblar. Beləliklə, iştirakçı şirkətlər üçün yeni müştərilər və satış bazarlarının axtarışı, eləcə də satış coğrafiyasının genişləndiilməsi baxımından sərgilərin səmərəli vasitə olduğu bir daha sübuta yetirildi. Təşkilatçıların hər sərgi üzrə orta hesabla 30% təşkil edən “rebukinq” (növbəti il keçiriləcək sərgidə iştirak üçün yerlərin sifariş edilməsi) barədə məlumatları da bunu təsdiq edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Iteca Caspian” ilə “Сaspian Event Organisers” bu il 24 sərgi keçirməyi planlaşdırır

"İteca Caspian" ötən il 22 sərgi, 1 konfrans və 1 forum təşkil edib

KOBİA və İteca Caspian arasında memorandum imzalanıb

“Iteca Caspian” bu il 7 beynəlxalq sərgi keçirəcək

“Iteca Caspian” bu il Bakıda 16 sərgi və 1 konfrans keçirəcək

“Iteca Caspian” bu il 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil edib

“Iteca Caspian” bu il 16 sərginin keçirilməsini planlaşdırır

"Iteca Caspian" şirkəti Təhsil nominasiyası üzrə mükafata layiq görülüb

23 Oktyabr 2019, 18:00 (GMT +4)
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

23 Oktyabr 2019, 17:58 (GMT +4)
Tramp: ABŞ və Türkiyə uğurla Suriyada təhlükəsizlik zonası yaratdılar

23 Oktyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda tikdiyi binadan dövlətə pay verənlərə vergi güzəşti ediləcək

23 Oktyabr 2019, 17:46 (GMT +4)
Prezident İlham Əliyev: Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin

23 Oktyabr 2019, 17:40 (GMT +4)
Dövlət Məşğulluq Xidməti bu il 1418 nəfəri peşə hazırlığına cəlb edib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Rusiya ilə Türkiyə arasında Suriya ilə bağlı razılaşmaların yerinə yetirilməsinə dair xəritə dərc edilib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Prezident: İndi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar (VİDEO)

23 Oktyabr 2019, 17:32 (GMT +4)
Daha beş gənc meşəçilik ixtisası üzrə xaricdə təhsil alacaq (FOTO)

23 Oktyabr 2019, 17:23 (GMT +4)
Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir

23 Oktyabr 2019, 17:15 (GMT +4)
Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

23 Oktyabr 2019, 17:08 (GMT +4)
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

23 Oktyabr 2019, 17:05 (GMT +4)
Moskva YPG/PKK terrorçularına xəbərdarlıq edib

23 Oktyabr 2019, 17:00 (GMT +4)
Akif Əli Zadə “Əmək” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:55 (GMT +4)
Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

23 Oktyabr 2019, 16:46 (GMT +4)
Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib (FOTOLAR)

23 Oktyabr 2019, 16:41 (GMT +4)
“Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı olub

23 Oktyabr 2019, 16:37 (GMT +4)
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq

23 Oktyabr 2019, 16:30 (GMT +4)
Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul edib

23 Oktyabr 2019, 16:24 (GMT +4)
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib

23 Oktyabr 2019, 16:15 (GMT +4)
Ramiz Mehdiyev vəzifəsindən azad edilib

23 Oktyabr 2019, 16:07 (GMT +4)
Suriya Ordusu kürdlərin çıxdığı sərhəd zolağında 15 nəzarət məntəqəsi və postu inşa edəcək

23 Oktyabr 2019, 16:06 (GMT +4)
MİDA oktyabrın 16-da keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

23 Oktyabr 2019, 16:02 (GMT +4)
Rusiya XİN Suriyadakı neft yataqlarının Dəməşqin nəzarətinə qaytarılmasına çağırıb

23 Oktyabr 2019, 16:00 (GMT +4)
Vüsal Hüseynov CEO Lunch Baku-nun fəxri qonağı olub

23 Oktyabr 2019, 15:54 (GMT +4)
UFAZ tələbələri NASA Space Apps Azerbaijan 2019 hakatonunun qalibi olub

23 Oktyabr 2019, 15:52 (GMT +4)
2020-ci ildən elektron vergi hesab-fakturası ləğv olunur

23 Oktyabr 2019, 15:30 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatların dayandırıldığını açıqlayıb

23 Oktyabr 2019, 15:19 (GMT +4)
Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

23 Oktyabr 2019, 15:12 (GMT +4)
ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66