Rusiya saytı İŞİD terror təşkilatını dövlət olaraq təqdim edib08 Yanvar 2016, 10:32 (GMT +4) Bakı, 8 yanvar, SalamNews, A.Bayramova. Rusiyanın “fishki.net” saytında İŞİD terror təşkilatı dövlət olaraq təqdim edilib.
SalamNews xəbər verir ki, saytda "16 il əvvəl mövcud olmayan dövlətlər" adlı məqalə dərc olunub.
Cənubi Sudan, Şərqi Timor, Çernoqoriya və s. dövlətlərin yer aldığı siyahıya İŞİD terror təşkilatının adı da əlavə edilib.
İŞİD-i tanınmamış dövlət kimi təqdim edən sayt onun İraq, Suriya və Livan ərazisinin bir hissəsində formalaşdığını yazır. Onun yaranma tarixi kimi isə 15 oktyabr 2006-ci il göstərilir.
Qeyd edək ki, Rusiyada İŞİD fəaliyyəti qadağan edilmiş terror təşkilatı hesab olunur.
Bundan başqa, Rusiya hökuməti Suriyada İŞİD-ə qarşı mübarizə aparır.
|