Rusiya televiziyasında “islam faşizmi” termini işlədilib08 Dekabr 2015, 14:56 (GMT +4) Bakı, 8 dekabr, SalamNews, Ş.Nəzərli, C.Nəzərov. Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda Rusiyanın mərkəzi televiziyasında “islam faşizmi” termini işlədilib.
SalamNews-un “Islam.ru”ya istinadla verdiyi xəbərə görə, adında belə bir söz birləşməsinin yer aldığı reportaj REN TV-nin efirində İqor Prokopenkonun təqdim etdiyi Türkiyə, pantürkizm və TÜRKSOY təşkilatına həsr edilmiş verilişdə nümayiş etdirilib.
Reportajda iddia edilib ki, məna etibarı ilə "Rossotrudniçestvo"nun Türkiyə analoqu olan və Rusiyanın müşahidəçi hüququ əsasında daxil olduğu bu təşkilat separatçılıq və “islam faşizmi”nin təbliğatı ilə məşğul olur.
Bundan əvvəl Mordoviya müftisi Faqim Şafiyev Rusiya KİV-ində cəmiyyətdə müsəlmanlara nifrəti alovlandırmağa vasitə olan bu cür məlumatlardan dolayı təəssüfünü ifadə edib.
O qeyd edib ki, həm kommersiya KİV-i, həm də dövlət KİV-i tərəfindən yayılan “nəzakətsiz informasiya” axını müsəlmanları məyus edir.
|