Təngənin kursunun dəstəklənməsinə qayıdış olmayacaq - Qazaxıstan prezidenti 30 Noyabr 2015, 10:45 (GMT +4) Bakı, 30 noyabr, SalamNews, C.Nəzərov. "Təngənin "azad üzmə kursu"ndan imtina edilməyəcək."
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün ölkə xalqına müraciətində bildirib.
O deyib: “Birincisi, təngənin "üzən kursu" şərtləri altında maliyyə sektorunun effektiv işləməsini təmin etmək lazımdır. Prinsipial məqam ondan ibarətdir ki, Milli fond vəsaitinin hesabına milli valyuta kursunun sonsuz dəstəklənməsi praktikasına qayıdış olmayacaq.
Ən vacib tapşırıq tez bir zamanda maliyyə sistemini sabitləşdirmək, onu yeni qlobal reallığa müvafiq vəziyyətə gətirməkdir."
Xatırladaq ki, Qazaxıstan avqustun 20-dən etibarən təngənin "azad üzmə kursu"na əsaslanan yeni pul-kredit siyasətinin realizasiyasına başlayıb və valyuta dəhlizini ləğv edib.
Bildirək ki, bu gün Qazaxıstanın milli valyutası 60%-dən çox devalvasiya edib.
|