Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

KİVDF jurnalistlər üçün növbəti müsabiqə elan edib

11 Noyabr 2015, 17:47 (GMT +4)

Bakı, 11 noyabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

KİVDF-dən SalamNews-a bildiriblər ki, Fondun Müşahidə Şurasının iclasında müsabiqənin mövzularına dair müzakirələr aparılıb.

Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqə barədə məlumat verib. O, mövzuların jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirilməsini təklif edib.

Müsabiqədə hər istiqamət üzrə birinci yer üçün 500 manat olmaqla 1, ikinci yer üçün 400 manat olmaqla 2, üçüncü yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğu təklif olunub. Bu halda Fondun keçirdiyi müsabiqələrdən ümumilikdə 114 jurnalistin faydalana biləcəyi diqqətə çatdırılıb.

Sonra təkliflər ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının üzvləri Rəşad Məcid və Müşfiq Ələsgərli təklifi müsbət dəyərləndirərək belə müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çatdırıblar.

Müzakirələrin yekununda müsabiqənin 2015-ci il noyabrın 13-dən dekabrın 15-dək 19 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul olunub.

Müsabiqə elan olunan günədək ən azı 1 il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə hər jurnalist yalnız 1 yazı təqdim edə bilər. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalı, son 1 ildə, həftədə 1 dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir. İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.

Müsabiqə ilə bağlı ətraflı məlumatı KİVDF-nin saytından əldə etmək olar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərenerji” və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib

ƏƏSMN və KİVDF birgə müsabiqə elan edib

KİVDF maliyyə yardımı müsabiqəsinin şərtlərinə yeni əlavə edib

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF 33 qəzetə pul ayırıb (SİYAHI)

“Azərenerji” və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Ev alan jurnalistlərin tam siyahısı PA-dan nə vaxt deyilsə, o vaxt dərc ediləcək - KİVDF

Vüqar Səfərli yenidən KİVDF-nin icraçı direktoru təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF birgə müsabiqə elan ediblər

Mətbuat Şurası KİVDF-nin Müşahidə Şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirib

Mədəniyyət və Turizm Nazirliyi KİVDF ilə birgə müsabiqə elan edib

KİVDF-nin keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

KİVDF yeni müsabiqə elan edir

KİVDF jurnalistləri mükafatlandırıb

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF jurnalistlər üçün müsabiqə elan edib

06 Dekabr 2019, 18:01 (GMT +4)
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexi aşkarlanıb

06 Dekabr 2019, 18:00 (GMT +4)
Pekin ABŞ-ın diplomatlara qoyulan məhdudiyyətlərə güzgü effekti ilə cavabını verir

06 Dekabr 2019, 17:53 (GMT +4)
Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşüblər

06 Dekabr 2019, 17:49 (GMT +4)
BŞH Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 17:40 (GMT +4)
Təhsil naziri İordaniyanın yeni səfiri ilə görüşüb

06 Dekabr 2019, 17:39 (GMT +4)
ABŞ Yəmənə göndərildiyi iddia edilən raketlərin görüntülərini yayımlayıb (FOTO)

06 Dekabr 2019, 17:33 (GMT +4)
Putin “Şimal axını-2” borusunun tikintisini şərh edib

06 Dekabr 2019, 17:30 (GMT +4)
Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir

06 Dekabr 2019, 17:21 (GMT +4)
Səfir Hidayət Orucova yubiley medalı təqdim edilib

06 Dekabr 2019, 17:19 (GMT +4)
Tramp Merkeli "fantastik qadın" adlandırıb

06 Dekabr 2019, 17:16 (GMT +4)
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb

06 Dekabr 2019, 17:10 (GMT +4)
AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

06 Dekabr 2019, 17:04 (GMT +4)
Facebook Ayətullah Xameneinin səhifəsini bağlayıb

06 Dekabr 2019, 17:01 (GMT +4)
Prezident: TRASEKA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib

06 Dekabr 2019, 16:42 (GMT +4)
Poroşenko Zelenskiyə Putinlə təktəbək görüşlər barədə xəbərdarlıq verib

06 Dekabr 2019, 16:23 (GMT +4)
DGK və “Caspian European Club” B2G Forum təşkil edib

06 Dekabr 2019, 16:20 (GMT +4)
Kreml ABŞ-da rusların təqiblərinə qarşı çıxıb

06 Dekabr 2019, 16:08 (GMT +4)
Ayətullah Sistani xarici müdaxilə olmadan İraqda yeni baş nazirin seçilməsini istəyib

06 Dekabr 2019, 16:00 (GMT +4)
Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

06 Dekabr 2019, 15:44 (GMT +4)
"20th Century Fox" kinostudiyasının eks-prezidenti vəfat edib

06 Dekabr 2019, 15:34 (GMT +4)
AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb

06 Dekabr 2019, 15:21 (GMT +4)
AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

06 Dekabr 2019, 15:12 (GMT +4)
ABŞ-da kor məhbus elektrik stulda edam edilib

06 Dekabr 2019, 15:00 (GMT +4)
Baş Nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

06 Dekabr 2019, 14:50 (GMT +4)
İspaniyada həkimlər 6 saat ürəyi dayanan xəstəni həyata qaytarıb

06 Dekabr 2019, 14:15 (GMT +4)
Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində 7 nəfər ölüb

06 Dekabr 2019, 14:13 (GMT +4)
SalamNews İA və İnterAz TV Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 14:06 (GMT +4)
Nazir Mikayıl Cabbarov Simonyanın təxribat xarakterli fikrinə cavab verib

06 Dekabr 2019, 14:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

06 Dekabr 2019, 13:41 (GMT +4)
Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66