Tbilisidə tarixi İpək Yoluna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək07 Oktyabr 2015, 09:27 (GMT +4) Bakı, 7 oktyabr, SalamNews. Oktyabrın 15-də Tbilisidə tarixi İpək Yoluna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
SalamNews-un AZƏRTAC-a istinadla verdiyi məlumata görə, iki gün davam edəcək tədbirdə Asiya ilə Avropanın birləşdirən bu yolun əhəmiyyətindən danışılacaq, İpək Yolunun bərpası, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, “Cənub” qaz dəhlizi və digər irimiqyaslı layihələr barədə fikir mübadiləsi aparılacaq.
Konfransda nəqliyyat, enerji, ticarət və biznes əlaqələrinin inkişafı, Cənubi Qafqazdakı vəziyyət, Azərbaycan, Gürcüstan və Türkiyə arasında həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs olunacaq.
Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyi bu tədbirə bir sıra dövlətlərin, iri maliyyə korporasiyalarının və şirkətlərinin yüksək vəzifəli şəxsləri dəvət olunublar.
|