Mobil versiya RU AZ
_




RUSİYA » İQTİSADİYYAT

"Moskva Bankı" biznesmen Telman İsmayılovun müflis kimi tanınmasına nail olmağa çalışır

05 Oktyabr 2015, 11:53 (GMT +4)

Bakı, 5 oktyabr, SalamNews. "Moskva Bankı" Çerkizov bazarının keçmiş sahibi, "AST qrup"un təsisçisi Telman İsmayılovun müflis olaraq tanınması barədə Arbitraj Məhkəməsinə iddia təqdim edib.

Bu barədə SalamNews “Kommersant” qəzetinə istinadla xəbər verir.

Oktyabrın 1-də Moskva Arbitraj Məhkəməsinə təqdim edilən iddiada bildirilir ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək Bank “Ruslayn 2000” MMC və Hollandiyanın "Tropicano Finance B.V" şirkətlərinə ümumilikdə 230 milyon dollardan çox məbləğdə üç kredit təqdim edib.

"Moskva Bankı" iddia edir ki, hər iki şirkət AST ilə əlaqəli olub, onun benefisiarı Telman İsmayılov isə kreditin təyin edilən müddətdə geri qaytarılması barədə şəxsən zamin durub. Lakin nə faizlər, nə də əsas borc ödənilməyib. Nəticədə zamin olan T.İsmayılovun borcu bütün şikayətlər və gecikdirilən faizlər daxil olmaqla, oktyabrın 1-nə 286.4 milyon dollar təşkil edib.

"Moskva Bankı" T.İsmayılovun “uzun müddət ərzində pul öhdəliklərini icra etməməsi" səbəbilə onu ödənişqabiliyyətsiz hesab edib. Bununla əlaqədar olaraq, Bank hüquqşünasları arbitrajdan T.İsmayılovu müflis olaraq tanımalarını və “vətəndaşın borclarının restrukturizasiyası prosedurunun tətbiqi”ni xahiş ediblər.

"Moskva Bankı"nın strukturuna daxil olduğu "VTB qrup"un Mətbuat xidmətindən iddia təqdim edilməsi faktı təsdiqlənib.

Biznesmenin özü isə hələlik vəziyyəti şərh etməyib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Milli Məclis müflisləşmə haqqında qanunu qəbul edib

"DəmirBank" rəsmi olaraq müflis elan edilib

Telman İsmayılov Fransadan siyasi sığınacaq istəyib

Telman İsmayılov barəsində həbs qərarı çıxarılıb

Telman İsmayılovun Las-Veqasdakı ticarət mərkəzinə həbs qoyulub - “Kommersant”

Telman İsmayılov rəsmən müflis elan edilib

Azərbaycanda ləğv prosesində olan banklar barədə müflis qərarları qəbul olunub

Biznesmen Telman İsmayılovun qardaşı rusiyalı biznesmenləri öldürməyə görə həbs edilib

Müflis olmuş banka borcu olanlar borclarını ləğvediciyə qaytarmalıdırlar - ƏSF

“Bank Standard” müflis elan edilib

"Zaminbank" ASC müflis elan edilib

“Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC müflis elan olunub

Azərbaycan bankların müflisləşməsinin qarşısını almaq üçün maliyyə sabitliyi yaradır - xarici KİV

Telman İsmayılovun şirkətindən Moskva Bankının xeyrinə 213 milyon dollar verilib

12 Dekabr 2019, 09:29 (GMT +4)
İsrail parlamenti özünü buraxıb, ölkədə 1 ilə üçüncü dəfə olaraq seçki keçiriləcək

12 Dekabr 2019, 09:24 (GMT +4)
Azərbaycana 5 kq narkotik keçirilməsinin qarşısı alınıb

12 Dekabr 2019, 09:12 (GMT +4)
Ərdoğan və Putin Suriyanı müzakirə edib

12 Dekabr 2019, 07:00 (GMT +4)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür

11 Dekabr 2019, 17:51 (GMT +4)
Azercell rəqəmsal Yeni İl kampaniyasına start verib

11 Dekabr 2019, 17:43 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcək

11 Dekabr 2019, 17:30 (GMT +4)
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

11 Dekabr 2019, 17:20 (GMT +4)
Suriya ilə bağlı Astana-14 toplantısı yekun bəyanat verib

11 Dekabr 2019, 17:15 (GMT +4)
Nobel mükafatı mənasını itirdi - Ərdoğan

11 Dekabr 2019, 16:54 (GMT +4)
Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

11 Dekabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

11 Dekabr 2019, 16:37 (GMT +4)
Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

11 Dekabr 2019, 16:28 (GMT +4)
Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

11 Dekabr 2019, 16:10 (GMT +4)
İsrail parlamenti özünü buraxmağa hazırlaşır

11 Dekabr 2019, 16:02 (GMT +4)
SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11 Dekabr 2019, 15:50 (GMT +4)
Putin və Ərdoğan İstanbul görüşündə Suriya ilə bağlı sammiti müzakirə edə bilər

11 Dekabr 2019, 15:46 (GMT +4)
Azərbaycanlı tələbə erməni rəqibini 10:0 məğlub edib

11 Dekabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi 1280-dən çox video dərslər hazırlayıb

11 Dekabr 2019, 15:34 (GMT +4)
Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

11 Dekabr 2019, 15:30 (GMT +4)
BANM “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb

11 Dekabr 2019, 15:28 (GMT +4)
Məktəblilərimiz tarixi uğura imza atıblar

11 Dekabr 2019, 15:20 (GMT +4)
“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

11 Dekabr 2019, 15:20 (GMT +4)
Peskov Paris sammitinin "qalibi" haqqında söhbətləri yersiz adlandırıb 

11 Dekabr 2019, 14:49 (GMT +4)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

11 Dekabr 2019, 14:44 (GMT +4)
Xəlifə Haftarın Ordusu Liviyada türk gəmilərinin vurulacağı haqda xəbərdarlıq edib

11 Dekabr 2019, 14:41 (GMT +4)
Kreml Trampın Lavrovla görüşünə münasibət bildirib

11 Dekabr 2019, 14:15 (GMT +4)
Katalon polisi Barselona - Real Madrid matçının keçirilməsinə qarşı çıxır

11 Dekabr 2019, 14:13 (GMT +4)
Yol Polisi piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlayıb

11 Dekabr 2019, 13:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

11 Dekabr 2019, 13:50 (GMT +4)
Nyu Cersidə bir neçə saat davam edən atışmada 6 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66