Qazaxıstanda Qurban bayramı milli ənənələr nəzərə alınmaqla qeyd edilir25 Sentyabr 2015, 14:31 (GMT +4) Bakı, 25 sentyabr, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Qazaxıstanın baş müftisi, ölkə Müsəlmanlarının Dini İdarəsinin sədri Yerjan kajı Malqajıulı bu il müqəddəs Qurban bayramının Qazaxıstanda milli ənənələrə uyğun şəkildə qeyd edildiyini bildirib.
Bu barədə SalamNews “zakon.kz”ya istinadla xəbər verir.
"Qurban bayramının milli ənənələrlə qeyd olunmasına dair bütün məscidlərə tövsiyələr verilib, çünki bu il bizdə Din və Ənənələr ili elan edilib.”
Qazaxıstanda məscidlərin yaxınlığında arzu edən şəxslərin qəbul edildiyi və qida təqdim olunan yurdlar quraşdırılıb.
Burada milli oyunlar üzrə yarışlar da keçirilir.
Müftilik, bundan başqa, xeyriyyə aksiyaları keçirir.
|