Saakaşvilinin komandası Ukrayna üçün iqtisadi islahatlar paketi təqdim edib17 Sentyabr 2015, 15:03 (GMT +4) Bakı, 17 sentyabr, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Ötən gün Ukraynada, Kiyev İqtisadiyyat Məktəbində “Odessa islahatlar paketi” təqdim edilib.
Bu barədə SalamNews "top.rbc.ru”ya istinadla xəbər verir.
“Kommersant” qəzeti bu barədə yazır ki, “Odessa paketi” çərçivəsində ilk qanun layihələri gələn həftənin əvvəlində dərc edilə bilər.
İslahatlar paketi Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvilinin komandası və Kaxi Bendukidze adına Azad İqtisadi Mərkəz tərəfindən hazırlanıb.
Komandanın təklifi yeddi blokdan ibarətdir. O, fiziki şəxslərə vahid verginin 20%-ə qədər azaldılması, Ukrayna dövlət xərclərinin ÜDM-nin 30%-ə qədər məhdudlaşdırılması, büdcə defisitinin ÜDM-nin 3%-dək azaldılması, ölkədə yalnız referendum nəticələri üzrə vergilərin artırılması, kütləvi özəlləşdirmə, o cümlədən torpaq bazarı və əmək münasibətlərinin tənzimlənmədən azad olunmasını ehtiva edir.
|