Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

İsa Həbibbəyliyə “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni” təqdim edilib

16 Sentyabr 2015, 09:40 (GMT +4)

Bakı, 16 sentyabr, SalamNews. İranın Təbriz şəhərində ustad şair “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni”nin təqdimat mərasimi keçirilib.

SalamNews-un AZƏRTAC-a istinadla verdiyi məlumata görə, beynəlxalq tədbirdə İran, Türkiyə və Azərbaycandan olan Şəhriyarsevərlər, ədəbiyyatçılar, ustad şairin irsini tədqiq edən alimlər iştirak ediblər.

Açılış mərasimində Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi, Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Fərşbafiyan və başqaları çıxış edərək ustad Şəhriyarın həyat və yaradıcılığından danışıblar. Qeyd olunub ki, Şəhriyarın yaradıcılığı nəinki İranda, onun hüdudlarından kənarda da dərin izlər buraxıb. Xalqın milli özünəməxsusluğunu poetik dildə geniş kütlələrə çatdıran şairin xatirəsi daim xatırlanacaq və hörmətlə anılacaq.

Çıxışlardan sonra şairin yaradıcılığını araşdıran görkəmli alimlərə “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni” təqdim edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyliyə və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevə öz elmi tədqiqatlarında ustad şair Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına geniş yer verdiklərinə görə “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni” təqdim edilib.

Bu yüksək mükafata görə təşəkkürünü bildirən İsa Həbibbəyli qeyd edib ki, M. Şəhriyar öz yaradıcılığı ilə ayrı-ayrı fərdlərin deyil, bütün xalqların qəlbində yer tapıb. Onun poetik dilini təkrar edə biləcək şair yoxdur.

Təqdimat mərasimindən sonra tədbir mədəni proqramla davam edib.

Tədbirdə Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əli Əlizadə və İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın doğum günüdür

Türkiyədə Məhəmmədhüseyn Şəhriyarın yubileyi qeyd olunub

14 Oktyabr 2019, 18:00 (GMT +4)
Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

14 Oktyabr 2019, 17:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

14 Oktyabr 2019, 17:46 (GMT +4)
UEFA Fransa-Türkiyə matçı ilə bağlı qərarını açıqlayıb

14 Oktyabr 2019, 17:45 (GMT +4)
Azərbaycan və Litva arasında olan dostluq əlaqələri müzakirə edilib

14 Oktyabr 2019, 17:38 (GMT +4)
Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

14 Oktyabr 2019, 17:31 (GMT +4)
Səudiyyə-İran əlaqələrinin düyünü Yəmən müharibəsinin bitməsilə açılacaq - Ruhani

14 Oktyabr 2019, 17:30 (GMT +4)
ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

14 Oktyabr 2019, 17:23 (GMT +4)
Bakıda Dünya Türk Biznes Şurasının görüşü keçirilir

14 Oktyabr 2019, 17:15 (GMT +4)
İspaniyada katalon siyasətçilərə hökm oxunub 

14 Oktyabr 2019, 17:02 (GMT +4)
Litvanın Druskininkay şəhərinin meri Bakıda səfərdədir

14 Oktyabr 2019, 16:56 (GMT +4)
Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar

14 Oktyabr 2019, 16:49 (GMT +4)
Türkiyənin Suriyada keçirdiyi əməliyyat gərginliyi artıra bilər - NATO

14 Oktyabr 2019, 16:47 (GMT +4)
Putin Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

14 Oktyabr 2019, 16:43 (GMT +4)
Nazir: İlin sonundək 19 növ müavinət proaktiv xidmət kimi vətəndaşlara təqdim ediləcək

14 Oktyabr 2019, 16:36 (GMT +4)
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib

14 Oktyabr 2019, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb 

14 Oktyabr 2019, 16:23 (GMT +4)
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

14 Oktyabr 2019, 15:53 (GMT +4)
YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik - Hulusi Akar

14 Oktyabr 2019, 15:36 (GMT +4)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib (FOTOLAR)

14 Oktyabr 2019, 15:36 (GMT +4)
İran Kəşfiyyatı CİA-nın dəstəklədiyi təxribatçı saytın rəhbərini ələ keçirdiyini bildirib

14 Oktyabr 2019, 15:22 (GMT +4)
Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

14 Oktyabr 2019, 15:12 (GMT +4)
Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub

14 Oktyabr 2019, 15:06 (GMT +4)
İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

14 Oktyabr 2019, 14:54 (GMT +4)
Ərbəin zəvvarlarına hücum etmək istəyən iki terror qrupu zərərsizləşdirilib

14 Oktyabr 2019, 14:45 (GMT +4)
Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

14 Oktyabr 2019, 14:43 (GMT +4)
Ərdoğan NATO-nu Türkiyə ilə terrorçular arasında seçim etməyə çağırır

14 Oktyabr 2019, 14:29 (GMT +4)
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər

14 Oktyabr 2019, 14:25 (GMT +4)
Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

14 Oktyabr 2019, 14:19 (GMT +4)
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2019, 14:05 (GMT +4)
AB ölkələri Türkiyəyə silah embarqosunun tətbiqini müzakirə edəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66