Moskvada MDB İqtisadi Şurasının 67-ci toplantısı keçirilir (FOTO)
11 Sentyabr 2015, 17:11 (GMT +4) Bakı, 11 sentyabr, SalamNews, İ.Rüstəmov, C.Nəzərov. Moskvada MDB İqtisadi Şurasının 67-ci toplantısı keçirilir.
SalamNews xəbər verir ki, toplantının işində baş nazirin birinci müavini Yaqub Eyyubov və Azərbaycanın Rusiyadakı fövqəladə və saləhiyyətli səfiri Polad Bülbüloğlu iştirak edirlər.
Gündəlik iqtisadiyyat sahəsində MDB ölkələrinin qarşılıqlı fəaliyyəti 20 məsələni özündə ehtiva edir. Xüsusilə, 2020-ci ilə qədərki müddətə MDB iqtisadi inkişaf strategiyasının üçüncü mərhələsinin (2016-2020) reallaşdırılması üzrə tədbirlər planının layihələri, Birlik dövlətlərinin regionlararası əməkdaşlıq barədə konvensiyası, MDB dövlətlərində beynəlxalq elektrorabitə xidmətlərinin göstərilməsi zamanı operatorlararası qarşılıqlı hesablaşmanın həyata keçirilməsi xidmətləri haqqında anlaşma müzakirə mövzusu olacaq.
Toplantı iştirakçıları 18 oktyabr 2011-ci il tarixli azad ticarət zonası barədə Anlaşma müddəalarının həyata keçirilmə vəziyyəti, “uran hasilatının təsirinə məruz qalan dövlətlərin ərazilərinin rekultivasiyası” Dövlətlərarası məqsədli proqramı barədə informasiyaya qulaq asacaqlar.
|