Ölkə iqtisadiyyatı bərpa olur - Ukrayna Milli Bankının rəhbəri05 Avqust 2015, 13:55 (GMT +4) Bakı, 5 avqust, SalamNews, C.Nəzərov. Ukrayna Milli Bankının sədri Valeriya Qontaryova son dörd ay ərzində ölkə iqtisadiyyatında kiçik artım müşahidə edildiyini bildirib.
SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, bu barədə tənzimçinin Mətbat xidməti məlumat verib.
“Artıq 2015-ci ilin aprelindən statistik məlumatlar Ukrayna iqtisadiyyatında kiçik olsa da, artım olduğuna şahidlik edir.
Mənim fikrimcə, ən aşağı düşmə nöqtəsini artıq geridə qoymuşuq və indi iqtisadi artımın tədricən bərpası barədə danışmaq üçün bütün əsaslar var.”, - Qontaryova belə deyib.
Ukrayna Milli Bankının rəhbəri, bundan başqa, genişləndirilmiş maliyyələşmə proqramı üzrə Beynəlxalq Valyuta Fondundan 1.7 milyard dollar məbləğində kreditin ikinci tranşının əldə edilməsi barədə məlumat verib.
Onun sözlərinə əsasən, bu vəsaitlər ümumilikdə inamlı templə artan beynəlxalq rezervlərin doldurulmasına yönəldiləcək.
|